Cüdoçularımız Polşada 7 medal qazandı - FOTO

Cüdoçularımız Polşada 7 medal qazandı - FOTO

Hazırda oxunan: Cüdoçularımız Polşada 7 medal qazandı - FOTO

633857

Azərbaycanın yeniyetmə cüdoçuları Polşanın Krakov şəhərində keçirilən beynəlxalq turnirdə 3 qızıl, 2 gümüş və 2 bürünc olmaqla, ümumilikdə 7 medal qazanıblar.

Bizim.Media Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, U18 yaş kateqoriyasında mübarizə aparan idmançılar uğurlu nəticə göstəriblər.

Əli Abdullayev (60 kq), Hüseyn Şıxəliyev (66 kq) və Ömər Atayev (81 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar.

Dünyamalı Asdanlı (66 kq) və Ruslan Kazımov (+90 kq) gümüş, Rəvan Məmmədli (55 kq) və Əli Cəfərov (66 kq) isə bürünc medal əldə ediblər.

Qeyd edək ki, 23 ölkənin təmsilçilərinin iştirak etdiyi beynəlxalq turnirdə U16 və böyüklər kateqoriyalarında da mükafatçılar müəyyənləşəcək.











Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO