Sürücülərin DİQQƏTİNƏ – Axşam saatlarından bu yollarda hərəkət MƏHDUDLAŞDIRILACAQ
Həftəsonu paytaxtın daha 3 ünvanında rahat gediş-gəliş üçün təmir aparılacaq.
Bu barədə Bizim.Media-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həftəsonu paytaxtın aşağıdakı 3 ünvanında təmir işləri aparılacaq:
1. Səməd Vurğun küçəsi (Salatın Əsgərova – Füzuli küçələri arası)
2. Rəşid Behbudov küçəsi (28 May – Şəmsi Bədəlbəyli küçələri arası)
3. Heydər Əliyev prospektinin əsas və yan yolu (Müzəffər Nərimanov – Ələsgər Qayıbov küçələri arası, şəhər istiqamətində)
Təmir işlərinə 24 aprel 2026-cı il saat 23:00-da başlanılacaq və 26 aprel 2026-cı il ...