Sahibkarlara ŞAD XƏBƏR – 2027-ci ildən başlayır, dörd il davam edəcək – FOTO
“Vergi Məcəlləsinə” təklif edilən dəyişikliklər Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilərək plenar iclasa tövsiyə olunub.
Bizim.Media xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, yeni dəyişikliklərin qəbulu neft-qaz sahəsində fəaliyyəti olmayan özəl sektor təmsilçilərinə ƏDV-nin depozit hesabından dövlət sosial müdafiə fonduna vəsait köçürmək imkanı yaradacaq:
“Bu dəyişikliklər sahibkarların depozit hesabından istifadə imkanlarını genişləndirəcək. Yeni qaydalar vergi ödəyicilərinin ƏDV depozit hesablarında olan vəsaitlərdən istifadə imkanlarının artırılmasına, sosial öh...