Bu şəxslərə 2750 manat maddi yardım VERİLƏCƏK
1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək.
Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Sərancam görə, 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 2 750,0 (iki min yeddi yüz əlli) manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəs...