5 mindən çox yeni iş yeri - Azərbaycanın yeni SƏNAYE PLANI
Azərbaycan iqtisadiyyatı tarixi bir transformasiya mərhələsinə qədəm qoyur. İllərdir ölkənin hərəkətverici qüvvəsi olan neft hasilatı ilə paralel dövlət qeyri-neft sektorunun, xüsusilə də dağ-mədən və metallurgiya sənayesinin inkişafı üçün yeni bir strategiya ortaya qoyub.
Yeni mərhələnin əsas istiqamətlərindən biri artıq yalnız təbii resursların hasilatı deyil, həmin resurslar əsasında daha yüksək əlavə dəyərin yaradılmasıdır. Bu baxımdan dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramının hazırlanması sənaye strukturunun şaxələndirilməsinə hesablanmış uzunmüddətli strategiyadır.
Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə ...