Almaniyada F-16 qırıcısı qəzaya uğradı - VİDEO

Almaniyada F-16 qırıcısı qəzaya uğradı - VİDEO

Hazırda oxunan: Almaniyada F-16 qırıcısı qəzaya uğradı - VİDEO
638152
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Almaniyanın qərbində yerləşən Amerikanın Şpanqdolem aviabazası yaxınlığında hərbi təyyarə qəzaya uğrayıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.
 

Jurnalistlərin verdiyi məlumata görə, hazırda aviabazada genişmiqyaslı xilasetmə əməliyyatı keçirilir. İlkin məlumatlara görə, hadisə nəticəsində bir nəfər xəsarət alıb.


Nəşr əlavə edib ki, aviabaza ərazisindən iki təyyarə havalanıb. Onlardan biri qəfil qəzaya uğrayıb və pilot katapult etməyə macal tapıb.

Baş vermiş hadisə barədə hələlik rəsmi məlumat yoxdur. Almaniyanın SWR teleradio şirkətinin xəbərinə görə, təlim uçuşu zamanı F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb, pilot isə katapult edə bilib.

 

 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO