Bakı metropoliteni əlavə sərnişin axınını qarşılamağa hazırdır – RƏSMİ - FOTO/VİDEO

Bakı metropoliteni əlavə sərnişin axınını qarşılamağa hazırdır – RƏSMİ - FOTO/VİDEO

Hazırda oxunan: Bakı metropoliteni əlavə sərnişin axınını qarşılamağa hazırdır – RƏSMİ - FOTO/VİDEO
638216
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sərnişin sayının artması fonunda Bakı metropolitenində yüklənmə təhlükəsi gözlənilmir.

Bizim.Media xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, sərnişin axınının potensial artımı əvvəlcədən nəzərə alınıb və metropoliten əlavə yükü qarşılamaq imkanına malikdir.
 

Hazırda “Avtovağzal”–“8 Noyabr” istiqamətində qatarlar arasında interval 5 dəqiqə, “Xocəsən”–“Avtovağzal” istiqamətində isə 10 dəqiqə təşkil edir. B.Məmmədov qeyd edib ki, zərurət yarandığı halda texniki imkanlardan istifadə etməklə intervalların azaldılması mümkündür.


O bildirib ki, Yaşıl xətt üzrə hazırda interval 3 dəqiqə 30 saniyədir. Sərnişin axınının artacağı təqdirdə bu göstəricinin 3 dəqiqəyədək azaldılması mümkündür.

Bənövşəyi xətt üzrə isə hazırda 5 vaqonlu qatarlar istismar olunur. Xətt 7 vaqonlu qatarların hərəkəti üçün də nəzərdə tutulduğundan, sərnişin tələbatının artması zamanı çevik qərarların qəbul edilməsi üçün imkan mövcuddur.


Bakı metropoliteni əlavə sərnişin axınını qarşılamağa hazırdır – RƏSMİ - FOTO/VİDEO - foto 1
Bakı metropoliteni əlavə sərnişin axınını qarşılamağa hazırdır – RƏSMİ - FOTO/VİDEO - foto 2


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO