ŞAD XƏBƏR – “Bakıdan qatarla Naxçıvana, Türkiyəyə getmək mümkün olacaq”
“Altı illik fasilədən sonra, Müstəqillik Günü ərəfəsində Bakı–Tbilisi–Bakı sərnişin qatarının gündəlik əsasda fəaliyyətini bərpa etməsi regional təhlükəsizlikdən iqtisadi inteqrasiyaya, sərhədlərin qorunmasından kommunikasiyaların açılmasına keçidin mühüm siyasi siqnalıdır”.
Bizim.Media xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Milli Məclisin üzvü qeyd edib ki, 2020-ci ildən başlayaraq əvvəl pandemiya, daha sonra bölgədə yaranan hərbi və təhlükəsizlik təhdidləri dövlətimizi sərhədlərdə müxtəlif məhdudiyyətlərə məcbur etdi:
"Verilən qərarın xarici ticarətə, ailə əlaqələrinə, turizmə və müntəzəm ha...