Elgizin toyunda nələr baş verdi?  - FOTO

Elgizin toyunda nələr baş verdi? - FOTO

Hazırda oxunan: Elgizin toyunda nələr baş verdi? - FOTO
77452
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Xəbər veridyimiz kimi ötən gün aparıcı Elgiz Əkbərin toyu baş tutub. 

“Adam içində”x9d verilişinin aparıcısının toyu səsli-küylü keçib. Sərxan Kərəmoğlunun idarə etdiyi toyun aparıcı müğənniləri əməkdar artistlər Firuzə İbadova və Cavanşir Məmmədov olub. 

Sərxanın təqdimatı ilə qonaq sənətçilər səliqə ilə səhnədə çıxış ediblər. Bircə xalq artisti İlhamə Quliyeva bu səliqəni pozub. O, səhnədə deyil, elə oturduğu yerdə mahnı oxuyub. Amiranə şəkildə Cavanşir bəyi və musiqiçiləri ayağına çağırıb.

Xalq artisti Flora Kərimova küsülü həmkarından fərqli olaraq özünü çox sadə və təvazökar aparıb. 

Flora xanımı İlhamə Quliyevanın masasında əyləşənlərdən başqa, bütün qonaqlar sənətkarı ayaq üstə gur alqışlarla qarşılayıblar. Amma Sərxan Kərəmoğlunun qonaqlardan onun üçün bir daha alqış istəməsi, Kərimovanın xoşuna gəlməyib.

“Tamaşaçıdan alqış istəmək sənətkara təhqirdir. Bu sənətkarı alçaltmaqdır. Sənətkar üçün alqış dilənmək olmaz. Mənım ona ehtiyacım yoxdur. Tamaşaçı, dinləyici özü istəsə məni alqışlayacaq”x9d - deyə, iradını bildirib.  

Flora xanım ifasını başa çatdırdıqda, təəccüblü də olsa, İlhamə Quliyeva əllərini yuxarı qaldıraraq onu alqışlayıb. (ans)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO