Könül Xasıyeva: “Ailə məsələsində heç qardaşının da həyatına qarışa bilmirsən”x9d

Könül Xasıyeva: “Ailə məsələsində heç qardaşının da həyatına qarışa bilmirsən”x9d

Hazırda oxunan: Könül Xasıyeva: “Ailə məsələsində heç qardaşının da həyatına qarışa bilmirsən”x9d

67198
Moderator.az xalq artisti Könül Xasıyevanın gün.az-a müsahibəsini təqdim edir:

- Könül xanım, əvvəla, sizi gec də olsa, ölkə Prezidenti tərəfindən “Xalq artisti”x9d fəxri adına layiq görülməyiniz münasibəti ilə təbrik edir, sizə növbəti sənət, yaradıcılıq uğurları arzulayırıq. Bu ada layiq görüləcəyinizi əvvəlcədən bilirdiniz, yoxsa sizin üçün də gözlənilməz oldu və bunu eşidərkən hansı hisslər yaşadınız?

- Artıq 35 ildir sənətdəyəm. 80-ci ildən mən akademik səhnədəyəm. O vaxt ildə bir dəfə ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda gənclərin ümumrespublika baxış müsabiqəsi keçirildi. Və mən də bildiyiniz kimi, 1980-ci ildə o müsabiqənin qalibi oldum, təhsilimi də yaşadığım, böyüyüb boya-başa çatdığım Şəkidə 6-cı sinifdə yekunlaşdırdım, 7-ci sinifdən artıq Bakıda Bülbül adına orta-ixtisas musiqi məktəbində davam etdirdim.

Burada da bizim çox böyük korifey sənətkarımız Şövkət xanım Ələkbərovanın sinfində dərs aldım. Bülbül adına orta-ixtisas musiqi məktəbini bitirdikdən sonra, 1986-cı ildə sənədlərimi Azərbaycan Dövlət Konservatoriyasına (indiki Bakı Musiqi Akademiyasına) verdim və qəbul oldum.

5 il orada bizim muğamlarımızın professoru olan, çox böyük xanəndəmiz Arif müəllim Babayevdən dərs aldım, ondan muğamlarımızın sirlərini öyrəndim və elə 80-ci illərdən də xarici ölkələrdə, Rusiyanın başqa-başqa şəhərlərində, Azərbaycanımızın bölgələrində xa0muğamlarımızı, xalq mahnılarımızı təbliğ, Azərbaycanımızı təmsil etdim, etmişəm və edirəm.

“Cabir Abdullayev mənə zəng etdi və dedi ki, Könül xanım, sənə Xalq artisti fəxri adı verildi”x9d

Bunun da nəticəsi olaraq xa02002-ci ildə dekabr ayının 24-də ulu öndərimiz Heydər Əliyev cənablarının fərmanı ilə əməkdar artist fəxri adına layiq görülmüşəm. Düz 12 ildən sonra da, xa0bu da çox yerinə düşdü, bu da dekabr ayına təsadüf etdi, 2014-cü ilin dekabr ayının 16-17-də mənim Beynəlxalq Muğam Mərkəzində solo konsertim oldu.

Ayın18-i günü bizim çox hörmətli xanəndəmiz, respublikamızın əməkdar artisti Cabir Abdullayev mənə zəng etdi və dedi ki, Könül xanım, sənə Xalq artisti fəxri adı verildi. xa0Bu yerdə onu da deyim ki, televiziya verilişlərində bəzən titrdə yazırdılar ki, mən xalq artistiyəm, mən də bunu görəndə zəng edib münasibətimi bildirirdim ki, xalq artisti deyiləm, deyirdilər ki, biz sizi xalq artisti bilirik. Yəni, belə məqamlar olmuşdu deyə, mən bunu bir az ciddi qəbul etmədim. xa0
xa0
“İlham Əliyev cənablarına mənim zəhmətimə, əziyyətimə verdiyi çox böyük qiymətə, dəyərə görə öz dərin təşəkkürümü bildirirəm”x9d
xa0
Sonra artıq Şəkidən gələn zəngləri, o cümlədən Nazirlər Kabineti səviyyəsində mənə edilən zəngləri görəndə artıq hiss etdim ki, deyəsən, məsələ düzdür. Mən getdim evdə bizim çox hörmətli Prezidentimizin saytına- fəxri ad alanlara baxdım, gördüm ki, bəli, orda yazılıb ”“ Xasıyeva Könül Kazım qızı ”“ Xalq artisti. xa0

Mən, əlbəttə, bu ada layiq görüldüyümü biləndə dünyanın xoşbəxti oldum. Ona görə fürsətdən istifadə edib ölkə başçımız, çox hörmətli İlham Əliyev cənablarına mənim zəhmətimə, əziyyətimə verdiyi çox böyük qiymətə, dəyərə görə öz dərin təşəkkürümü bildirirəm.
xa0
xa0“Şəkidəki evimizdə həm bayram süfrəsi açdıq, həm də orada məni öz ailə üzvlərim təbrik etdi”x9d
xa0
- Bunu ailə üzvlərinizlə, dost-tanışlarınızla geniş və təmtəraqlı şəkildə qeyd etdiniz, yoxsa?..

- Yox, bunu sadə şəkildə-ailə üzvlərimizlə bir yerdə Şəkidə qeyd etdik. Artıq mənim, üzr istəyirəm, bir övladım var. Övladım tətilə çıxdı, biz getdik Şəkiyə. Atam, anam, birinci sinifdə oxuyam övladım, ailəm, xa0bacılarım, qardaşlarımla bir yerdə Şəkidəki evimizdə həm bayram süfrəsi açdıq, həm də orada məni öz ailə üzvlərim təbrik etdi.
xa0
“Bu dəfə də bizim qismətimizə düşdü...”x9d
xa0
- Sonuncu fəxri ad alanların siyahısına baxarkən məlum oldu ki, Xalq artisti adını alan müğənnilərin-xanım sənətçilərin üçü də eyni rayondandır - Şəkidəndirlər, yəni siz, eləcə də Gülyaz və Gülyanaq Məmmədova bacıları...

- Bu, məncə, sırf təsadüfdür. Çünki belə baxanda bizim çox xanəndələrimiz olub ki, eyni yerdən olublar və eyni vaxtda fəxri adlar alıblar, hətta, 4-5-i eyni bölgədən olanlarımız da bir yerdə ad alıblar. Bu dəfə də bizim qismətimizə düşdü (gülür). Eyni zamanda, bizim çox böyük alimimiz Şirməmməd Hüseynov da ölkə Prezidenti tərəfindən ötən il “Şərəf”x9d ordeni ilə təltif olundu. O da Şəkidəndir. Şirməmməd müəllim çox gözəl insan, çox dəyərli ziyalımızdır. O, Azərbaycanımızın fəxridir.

“Sağ əlimi qoyuram bu xoşbəxt anı, xoşbəxt günü yaşamayan sənətkarlarımızın başına və arzu edirəm ki,...”x9d
xa0
- Sizinlə aşağı-yuxarı eyni illərdə sənətə gəlmiş tanınmış, istedadlı müğənnilər, sənətçilər də var ki, indiyədək fəxri adlar almayıblar.

- İnşallah, bir gün onlar belə adlara layiq görülərlər və görüləcəklər. İnanın ki, mənimlə bir yerdə sənətə gələn bir çox sənətkarlarımız var ki, hətta məndən sonra da sənətə gələn insanlar vardı ki, onlar çoxdan ad almışdılar. Yəni, mənimlə bir yerdə də səhnəyə çıxan çox böyük sənətkarlarımız vardı ki, onlar ad alanda mən almamışdım və bu dəfə görünür, qismət mənə idi. Çox sağ olsun ölkə başçımız, bir daha ona minnətdaram və mən sağ əlimi qoyuram bu xoşbəxt anı, xoşbəxt günü yaşamayan sənətkarlarımızın başına, xa0hər birinə bu sevinci yaşamağı arzu edirəm.

Çox böyük sevincdir, çox böyük xoşbəxtlikdir, çox qürurvericidir, həm də qürurverici olduğu qədər məsuliyyətlidir. Bu məsuliyyəti hər bir sənətkara arzulayıram.
xa0
“Belə sənətkarlarımız az deyil...”x9d
xa0
- Özünüz də deyirsiniz, sizinlə yaşıd olan sənətkarlar da deyir - Şövkət Ələkbərova məktəbi, Arif Babayev məktəbi və sair. Sizin yaşıdlarınız arasında da gələcəkdə belə məktəbləri olan sənətkarlar olacaqmı?

- Əlbəttə, olacaq və belə sənətkarlarımız da az deyil, var. Şəxsən mən başqasını deyə bilmərəm, əgər məndən müsahibə götürürsünüzsə, o zaman demək istərdim ki, mənim sənətimi davam etdirəcək minlərlə bizim gənclərimiz olacaq. Eləcə də digərlərinin, inşallah. Mən buna çox xa0inanıram.
xa0
“Mehriban xanımın muğamlarımızın qorunmasında, həm də təbliğində xa0göstərdiyi, çəkdiyi zəhmətlər danılmazdır”x9d

- Könül xanım, o da sirr deyil ki, son illər dünyanı başına götürən şou-biznes Azərbaycan mədəniyyətinə də izsiz, təsirsiz qalmayıb, az qala ciddi sənəti çıxışdırıb küncə...

- Sıxışdırmışdı o vaxta qədər ki muğamımıza diqqət, qayğı bir az azalmışdı. Amma Azərbaycanımızın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım bu sənəti yenidən ayaqüstə qaldırdı. Allah o xanıma uzum ömür, can sağlığı versin. Haradasa, 90-cı illərin əvvəllərində, 91-94-ci illərdə xa0muğam ifa edəndə bəzən o üzlərdə bir narazılıq ifadələri görürdük. Amma bu gün Mehriban xanımın birbaşa muğama qayğısı, birbaşa muğama diqqəti yenidən muğam sənətini dirçəltdi.
xa0xa0
Muğam Mərkəzinin inşası, Azərbaycanda hər il muğam festivallarının keçirilməsi, nə qədər səsli uşaqlarımızın muğama gəlməsi, gənclərimizdə artıq bu sənətə maraq yaranması və sair, bunlar hamısı bizi çox sevindirir. Çünki qayğı var, çünki diqqət var. Mehriban xanımın istər xa0ölkədaxili, istər ölkəxarici muğamlarımızın qorunmasında, həm də təbliği ilə bərabər qorunmasında göstərdiyi, çəkdiyi zəhmətlər danılmazdır.
xa0
“Heç hiss etmirsən ki, səhnədəsən, hiss edirsən ki, sən öz evində oturmusan, rahat-rahat oxuyursan özün üçün...”x9d
xa0
Bayaq da qeyd etdim, dekabrın 16-17-si iki gün mən Muğam Mərkəzində konsert verdim. O qədər gözəl inşa olunub ki, heç hiss etmirsən ki, səhnədəsən, hiss edirsən ki, sən öz evində oturmusan, rahat-rahat oxuyursan özün üçün, yəni, orada çox gözəl bir ab-havaya düşürsən. Ona görə xa0hesab edirəm ki, bu gün muğam maksimum dərəcədə inkişaf olunub və o, Azərbaycanda da, Azərbaycanın hüdudlarından xa0kənarda da yaşayır, yaşayacaq.
xa0
“Şou-biznesin də öz dinləyiciləri var”x9d
xa0
- Bəs, şou-biznesə münasibətiniz necədir?

- Şou-biznesin də öz dinləyiciləri var. Nə deyim vallah... Mən bu barədə elə bir söz deyə bilmərəm.

“Bu günün tamaşaçısı məhz ciddi musiqiyə qulaq asır”x9d

- Bu günün tamaşaçısı əvvəllər olduğu kimi ciddidir, ciddi ifanı və sənəti qəbul edir, yoxsa, qeyri-ciddi?

- Ciddi, ciddi. Mənim bayaqdan bütün sadaladıqlarımın nöqtəsini siz qoydunuz, bu günün tamaşaçısı məhz ciddi musiqiyə qulaq asır.
xa0
“O məbədlərin qarşısından keçəndə istəyirəm elə hər gün orada konsertim olsun...”x9d
xa0
- Sənət planlarınız barədə nə deyərdiniz, daha nələr, hansı layihələr üzərində düşünürsünüz?

- Hər bir sənətkarın arzusu odur ki, xa0hər il imkan olduqca konsert proqramları ilə bizim gözəl salonlarımızda çıxış etsin, konsert versin. Bizim də çox gözəl xa0salonlarımız var, Heydər Əliyev adına böyük- möhtəşəm bir sarayımız var, sonra “Baku Crystal Hall”x9d var, bizim Opera və Balet Teatrımızın səhnəsi var, Filarmoniyanın səhnəsi var.

Vallah, mən onlara məbəd deyirəm, xa0o məbədlərin qarşısından keçəndə istəyirəm elə hər gün orada konsertim olsun. Yəni, hər bir xanəndənin, hər bir sənət adamının arzusudur ki, konsert proqramı ilə xalqının, elinin, obasının qarşısında çıxış etsin.

“Son illər yetərincə solo konsertlərim olub və hamısı da uğurlu alınıb”x9d

Mənim də ən böyük arzum hər il bu salonlarda konsert verməkdir və imkan düşdükcə, buna maddi imkanım olduqca dönə-dönə bunu həyata keçirməyə çalışıram.

İndi bəzən alınır, bəzən alınmır, bu da bir az maddiyyata bağlıdır. Bilirsiniz, ansambl, paltar, geyim, səhnə dizaynı, xa0bunlar xa0maddiyyat tələb olunan işlərdir. Amma mən elə hesab edirəm ki, son illər yetərincə xa0solo konsertlərim olub və hamısı da uğurlu alınıb.
xa0
“Özümü də görmüşəm, xalq da məni Opera və Balet Teatrında görüb, görünür, amma görmək istəməyənlər olub”x9d

- Sizinlə eyni dövrdə və ondan sonra səhnəyə gələnlərin çoxu özlərini Dövlət Akademik Opera və Balet Teatrında da solist, ifaçı kimi sınadılar, sınamaqdadırlar. Bəs siz niyə özünüzü burada da sınamadınız?

- Mən də özümü vaxtilə o səhnədə gördüm, özümü sınamaq istədim. xa0Özü də xa0mən səsimə, sənətimə arxayınam, şəxsiyyətimə arxayın bir sənətkaram. Dünyanın ən böyük səhnələrində çıxışlarımız olub.xa0

Özümü də görmüşəm, xalq da görüb məni Opera və Balet Teatrında, görünür, amma görmək istəməyənlər olub. Yəqin o səbəbdən mən o məbədə girə bilməmişəm. Bu da başqa bir mövzudur. Nə isə qalsın...
xa0
“Ürək-könül məsələsi onun özünə bağlıdır, xa0kimi istəyəcək onu da alacaq”x9d

- Təxminən bir ay öncə sənətçilər, müğənnilər arasında belə bir sorğu keçirilmişdi ki, gələcəkdə övladlarınızın sənətçi oğlan və ya qızla evlənməsini istərdiniz, ya yox. Bəziləri buna razı olduqlarını, bəziləri də bunu yaxına buraxmaq istəmədiklərini demişdilər və xa0bu zaman da bir sıra ifaçılar, müğənnilər arasında kəskin konflikt yaranmışdı. Allah saxlasın, sizin də övladınız var və bu baxımdan, gələcəkdə övladınız sənətçi ilə ailə qurmaq istəsə, ona razı olarsınızmı?

- Yeganə məsələdir ki, ailə məsələsində heç qardaşının da həyatına qarışa bilmirsən. Doğma qardaşındır, bacındır, ancaq ona da müdaxilə edə bilmirsən. Üzr istəyirəm yenə, düzdür, övlad mənimdir, mən onu dünyaya gətirmişəm, bu gün də onun üçün əziyyət çəkirəm, oxuduram, böyüdürəm, boya-başa çatdırıram və çatdıracağam. Amma ürək-könül məsələsi onun özünə bağlıdır. Kimi istəyəcək onu da alacaq. İnşallah, Allah o günləri nəsib eləsin!

- Amin!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO