Ərdoğana mahnı həsr edən azərbaycanlı bəstəkar mükafat aldı -  FOTO

Ərdoğana mahnı həsr edən azərbaycanlı bəstəkar mükafat aldı - FOTO

Hazırda oxunan: Ərdoğana mahnı həsr edən azərbaycanlı bəstəkar mükafat aldı - FOTO

54914
Bəstəkar Sevinc Tofiqqızı Türkiyədən daha bir mükafata layiq görülüb.

Türkiyə Azərbaycan arasındakı mədəni əlaqələr yolunda atdığı addımlarla şöhrət qazanan azərbaycanlı bəstəkar Sevinc Tofiqqızı, Atatürk, 23 Aprel Uşaq Bayramı və baş nazirliyi dövründə Rəcəb Tayyib Ərdoğana həsr etdiyi musiqi parçalarıyla Türkiyədə diqqətləri üzərinə çəkib. Bununla əlaqədər olaraq, Türkiyədə xanım Tofiqqızına “Başarılı Nişanı” mükafatı təqdim olunub. Mükafat bəstəkara Ankara Mədəniyyət və İncəsənət Platforması Başçısı pedaqoq və yazıçı Sultan Özateş verib.

Qeyd edək ki, Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma müşavirliyi, Türkiyənin Mədəniyyət Nazırliyinin dəstəyi ilə Türkiyəyə gedən Sevinc Tofiqqızı bir neçə gün öncə Kərkük Mədəniyyət Dərnəyinin və Türk dünyasına vermiş olduğu xidmətlərinə görə mükafatlandırılmışdı.(ans)













© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO