Moderator.az xəbər verir ki, sənətçi öz "İnstagram" səhifəsində Şuranın son mitinqinin fotosunu paylaşıb. Şəklin altında isə belə yazıb. "Azərbaycanda Taksimdəki hadisələr yaşanır. Qardaşlarımı dəstəkləyirəm. Ana müxalifətə dəstək".
Qeyd edək ki, xəbəri yayan internet TV Sezen Aksunun "ermənipərəst" olduğunu da iddia edib.
"Qeyd edək ki,S.Aksu bundan öncədə dəfələrlə erməni müğənnilərlə eyni səhnəni paylaşıb,o hətta Azərbaycanın xalq mahnısı olan "Sarı gəlin"i erməni dilində ifa etməkdəndə çəkinməyib. Bakıda konsert verməyə gələndə isə azərbaycanlı təklilatçılar ona Azərbaycan dilində mahnı oxuda bilməmişdilər."






































































































