“Məhkəmənin qərarı son deyil və mən özümü uduzmuş hesab etmirəm. Mən özümü qalib hesab edirəm. Ona görə ki, Nərgizin "Xatun”un atası məndən proses boyu üzr istədi. Proses zamanı Aydın bəyə söylədim ki, siz atasınız, böyüksünüz, xa0sizin nə günahınız var ki, övladınıza görə siz məndən üzr istəyəsiniz?”
Moderator.az xəbər verir ki, bu sözləri rəqqasə Fatimə sosial şəbəkədə yazıb.
O, bildirib ki, məhkəmədə müğənni Xatuna uduzsa da, özünü məğlub hesab etmir: “Xatunun təşəkkür etdiyi vəkili də mənim vəkilim ilə 2 iclas barışıq sazişi müzakirə edib. Bir hakimin fikri də həqiqət deyil. Bir hakim qərar qəbul edib deyə, bunu həqiqət deyib elan etmək lazım deyil. Qanundan danışırıqsa, qanunlarda 3 hakimin baxdığı apelliyasiya, kassasiya məhkəmələri var. Hələ bitməyib heç nə. Amma yenidən təkrar edirəm, mən özümü qalib hesab edirəm! Çünki Nərgizin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, xa0yəni atası, ağsaqqalı məhkəmədə üzr istədi. Və ona görə qalibəm ki, ən azı mən dediyim sözlərin arxasında dururam, dedimsə, çəkinmirəm. Əsl həqiqət budur ki, Qətnamədə deyilir, Xatun, yəni Əliyeva Nərgiz mənim barəmdə heç nə deməyib. O açıq adımı çəkməklə də deyə bilməz! Mətbuatda barəmdə adımı çəkməyərək, məktəb uşağı kimi çəkinə-çəkinə eyhamla söz ata bilərlər! Nə qədər ki adımı dillərinə ala bilmirlər, mən qalibəm, onlar yox. Əgər Xatun mətbuatda barəmdə şərəfə ləyaqətə toxunacaq heç nə deməyibsə və bunu etiraf etmirsə, deməli, mən qalibəm”.




































































































