Space TV-də daha iki verilişin yayımı dayandırılıb

Space TV-də daha iki verilişin yayımı dayandırılıb

Hazırda oxunan: Space TV-də daha iki verilişin yayımı dayandırılıb

609752

"Space" TV-də daha iki verilişin yayımı dayandırılıb.

Bizim.Media “azxeber.com”a istinadən xəbər verir ki, bu barədə məlumat verən jurnalist Arifə Əliyevanın sözlərinə görə, "Ağakərimlə Mətbəx" və "Sevilən Səhər" verilişləri bu gündən etibarən fəaliyyətini dayandırıb.

"Sevilən səhər" verilişinin aparıcısı Könül Muxtarova faktı təsdiqləyib.

O bildirib ki, məsələ ilə bağlı onlara əvvəlcədən məlumat verilib:

"Hazırda verilişin təkrar buraxılışları efirə gedir. Ötən şənbə günü bununla bağlı bizə məlumat verilmişdi", - deyə aparıcı qeyd edib.

Bundan öncə "Banu" verilişinin də çəkilişləri dayandırılmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO