Qusarda İCLAS: İcra başçısı təhsildən yayınan uşaqların işlərinə baxdı - FOTO

Qusarda İCLAS: İcra başçısı təhsildən yayınan uşaqların işlərinə baxdı - FOTO

Hazırda oxunan: Qusarda İCLAS: İcra başçısı təhsildən yayınan uşaqların işlərinə baxdı - FOTO
609718
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün  Qusar Rayon İcra Hakimiyyəti yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın növbəti iclası keçirilib.

Bizim.Media xəbər verir ki, iclasda Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Komissiyanın sədri və üzvləri, habelə müzakirəyə çıxarılan məsələlərlə bağlı dəvət olunmuş vətəndaşlar iştirak edib.

Komissiyanın təsdiq olunmuş gündəliyinə əsasən, yetkinlik yaşına çatmayanların təhsildən yayınması faktları üzrə daxil olmuş 3 inzibati xəta haqqında və digər işlərə baxılıb. İclas zamanı hər bir inzibati iş üzrə valideynlərin izahatları dinlənilib və aparılmış araşdırmaların nəticələri hərtərəfli təhlil olunub.
 

Qusar Rayon İcra Hakimiyyətinin başçısı iclasda çıxış edərək, icbari ümumi orta təhsilin təmin edilməsinin dövlətin əsas vəzifələrindən biri olmaqla yanaşı, valideynlərin də birbaşa öhdəliyi olduğunu vurğulayıb. İcra başçısı uşaqların təhsildən yayındırılmasının yolverilməz hal olduğunu, bununla onların hüquq və mənafelərinin kobud şəkildə pozulduğunu xüsusi qeyd edib, valideynlərin bu sahədə qanunvericiliklə müəyyən edilmiş məsuliyyətini bir daha xatırladıb.


Gündəlikdəki məsələlərin müzakirəsi zamanı Komissiya üzvləri mövcud vəziyyətlə bağlı hüquqi qiymət verib, rəy və təkliflərini səsləndiriblər. Aparılmış müzakirələrin yekunu olaraq, rayon ərazisində təhsildən yayınma hallarının vaxtında aşkarlanması və aradan qaldırılması, yetkinlik yaşına çatmayanların təhsil müəssisələrinə davamiyyətinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, valideyn məsuliyyətinin artırılması məqsədilə hüquqi maarifləndirmə işinin gücləndirilməsi zərurəti nəzərə alınmaqla səs çoxluğu ilə müvafiq qərarlar qəbul edilib.

Qəbul olunmuş qərarların icrası ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib, icraya nəzarət komissiyaya həvalə olunub.

Qusarda İCLAS: İcra başçısı təhsildən yayınan uşaqların işlərinə baxdı - FOTO - foto 1
Qusarda İCLAS: İcra başçısı təhsildən yayınan uşaqların işlərinə baxdı - FOTO - foto 2
Qusarda İCLAS: İcra başçısı təhsildən yayınan uşaqların işlərinə baxdı - FOTO - foto 3


Aytəkin Alxaslı,Bizim.Media,Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO