“Zirə” Mikkelsə yeni müqavilə təklif edəcək

“Zirə” Mikkelsə yeni müqavilə təklif edəcək

Hazırda oxunan: “Zirə” Mikkelsə yeni müqavilə təklif edəcək

609668

“Zirə” mövsümün sonunda müqavilə müddəti başa çatacaq futbolçuların bir neçəsini komandada saxlamaq istəyir. 

Bizim.Media xəbər verir ki, qəsəbə təmsilçisi Leroy Mikelsin müqavilə müddətini artırmağı planlaşdırır.
 

Belə ki, alman futbolçunun yeni mövsümə də “Zirə”də başlamaq ehtimalı az deyil. Klub ona yeni müqavilə təklif edəcək.


Amma onu komandada saxlamaq asan olmayacaq. Məsələ burasındadır ki, alman futbolçuya həm Azərbaycan klublarından, həm də ərəb klublarından təkliflər var. Ruanda yığmasının üzvünün Azərbaycanda qalmaq ehtimalı yüksəkdir.

Belə ki, o, qardaşları: Coy-Lens və Coy-Slaydın Azərbaycanda oynamağa davam edəcəyi təqdirdə, yeni mövsüm üçün də seçimini Premyer Liqa klubundan edəcək. 

Qeyd edək ki, “Borussiya”nın (Münhenqladbax) sabiq futbolçusu karyerası ərzində “Allemaniya Ahen”, “Monheym”, “Velbert”, “Duysburq”, “Türkgücü Münhen”, “Oberhauzen”, “Spartak”(Varna), “Əl-Taraji”, “Şamaxı” klublarında oynayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO