Müharibəni aparan ABŞ və İran, qazanan isə RUSİYA OLDU

Müharibəni aparan ABŞ və İran, qazanan isə RUSİYA OLDU

Hazırda oxunan: Müharibəni aparan ABŞ və İran, qazanan isə RUSİYA OLDU

609674

İranla aparılan müharibənin nəticəsi olaraq hazırda Hörmüz boğazının bağlı qalması əksər ölkələrə iqtisadi ziyan vursa da, Rusiya ilə bağlı vəziyyət fərqlidir. Belə ki, boğazın bağlanması dünya miqyasında neftin qiymətinin daha da bahalaşmasına səbəb olub. Hazırda neftin bir barelinin qiyməti 110 dollar civarında təklif olunur.

Buna paralel olaraq, ABŞ Rusiya neftinin satışına dair sanksiyalara mayın 16-dək güzəşt tətbiq edib.
 

MÖVZU İLƏ BAĞLI:

İran müharibəsindən sonra 20 ölkədə benzin kəskin bahalaşdı - FOTO


Rusiya iqtisadiyyatı üçün hansı imkanlar yaranıb?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov bildirib ki, boğazın bağlı qalması Rusiyaya əlavə qazanc əldə etmək imkanı qazandırıb. Amma bu ekspertin fikrincə, heç də onun iqtisadiyyatının dirçəldiləcəyi anlamına gəlməməlidir:

“Hörmüz boğazı dünyanın neftə olan tələbatının 20 faizi, qaza olan təlabatının isə 30 faizini təmin edir. Eyni zamanda, azot əsaslı karbomid və amonyak gübrələrinin dünya üzrə istehsalı da əsasən burada həyata keçirilir. Nəticədə dünya bazarında neft və qazın qiyməti qalxır.  Bu da Rusiya üçün maliyyə baxımından faydalıdır. Çünki sözügedən ərazidə yaranmış bu vəziyyət ilk növbədə Rusiya neftinə olan marağı artırır”.

Ekspert qeyd edir ki, Rusiya neft qiymətlərinin yüksəlməsi sayəsində təkcə mart ayında büdcəsinə əlavə 1,3 ilə 1,9 milyard dollar arasında gəlir qazandırıb.

Lakin iqtisadçı Rusiyanın gəlirlərinin artmasına rəğmən, bunun müvəqqəti xarakter daşıdığını düşünür:

“Yaxın Şərqdəki proseslərin dayanması fonunda neftin qiymətində yenidən ucuzlaşma baş verəcək. Digər tərəfdən, Rusiya müəyyən əlavə gəlir qazansa da, indiki halda həmin vəsaiti daha çox Ukrayna ilə müharibəyə yönəldəcək. Bu isə digər iqtisadi sahələrin yenə də ümumən vəsaitsiz qalması demək olacaq. Yəni, prosesin Rusiya iqtisadiyyatına təsiri olsa da, bu elə də böyük həcmdə olmayacaq”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO