
- A-
- A
- A+
“Gəlinləri elə bəzəyirlər ki, bəy tanımır…” - Fotolar
Əməkdar artist Röya Ayxan instaqram səhifəsində müzakirələrə səbəb olan paylaşım edib.xa0O,son zamanlar xüsusi effektlərdən istifadə edərək şəkil çəkdirən xanımlar barədə şərh bildirib.xa0xa0
Müğənni effektlərin simanı təmiz dəyişdiyini, şirinliyi yox etdiyini söyləyib.xa0Bundan əlavə, sənətçi toylarda gəlinlərin çox makiyaj etməsini də tənqid edib:
“Fotolara diqqət yetirin. Biri effektli, digəri isə normal canlı şəkillərdir. Yəni demək istədiyim odur ki, effekt simanın şirinliyini aparır.xa0 Sizə bir misal çəkim ki, güləsiz. Gəlinləri hərdən o qədər bəzəyirlər ki, bəy səhər duranda “İlahi, bu nə idi” deyir. Bəlkə də, gözəl qadın olmazsan. Amma xanımın şarmı və danışan gözləri ola bilər. Amma o gecə makiyaja görə bu gözəlliyi bəy görə bilməyib”.(Qafqazinfo)


Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































