"Arvadı da bilir ki, hamiləyəm, normal qəbul edir" - Şəbnəm evli kişidən hamilə qalıb

Hazırda oxunan: "Arvadı da bilir ki, hamiləyəm, normal qəbul edir" - Şəbnəm evli kişidən hamilə qalıb
155905
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
"Onun məni tanımadan öncə də ailəsi var idi, indi də var. Yəni mən onun ikinci ailəsiyəm"

Moderator.az xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu lent.az-a müsahibəsində söyləyib.

İfaçı bildirib ki, hazırda hamilə olduğu uşağının atası ilə qeyri-rəsmi nikahda yaşayır.

- Sevdiyiniz şəxsdən övlad dünyaya gətirməyə hazırlaşırsınız...

- Bəli, ikinci dəfə ana olacam, bu da məni çox sevindirir. Elə övladıma görə bir çox şeylərə əhəmiyyət vermirəm. Qızımın 13 yaşı var. On üç ildən sonra oğul övladım dünyaya gələcək. Artıq adını da düşünmüşük. Oğluma atamın adını - Ələddin - qoyacağıq.

- Həyat yoldaşınız birinci ailəsindən rəsmən boşanıb, sizinlə ailə qurub?

- Yox, onun məni tanımadan öncə də ailəsi var idi, indi də var. Yəni mən onun ikinci ailəsiyəm. Birinci ailəsindən boşanmayıb. İki uşağı da var. Mən bunu normal qarşılayıram. Sadəcə, molla nikahında ailəliyik. Bu evlilikdən uşağımız olacaq. Bunu onun ailəsi də bilir. Münasibətlərimiz yaxşıdır. Qayınatam, qayınanam, qayınlarım, baldızım da bizə gəlib-gedir. Hətta onun övladları ilə də münasibətim yaxşıdır. Ümumiyyətlə, kişi odur ki, hər iki ailəsinə gözəl baxa bilir. Təki bütün kişilər mənim yoldaşım kimi dürüst və mehriban olsun. Bizə toxunanlar isə gec-tez öz cəzalarını alarlar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO