Sənət adamları dolların məzənnəsi qalxdıqdan sonra ərzaq mallarının bahalaşmasına münasibət bildiriblər.xa0
Musavat.com xəbər verir ki, sənətçilər fikir və etirazlarını sosial şəbəkədə vasitəsilə bölüşüblər:xa0
Əməkdar xa0artist Elmira Ələkbərzadə: xa0“10 manat 50 qəpik olan uşaq yeməyi xa014 manat 50 qəpik olub. 14- 15 manat olan pampers xa017 manata qalxıb. İnsanlar, yaşayaq. Hər şeyi uşaqlarımıza qurban edək. xa0Təki balaların canı sağlam, qarnı tox olsun. Bizə bundan artıq heç nə lazım deyil”x9d.
Əməkdar artist Abbas Bağırov: “ Günün şəkilini paylaşdım. Deyirəm ki, bu insanlarda insaf yoxdur. xa0Şəkildəki meyvələrin suyu da, kübrəsi də yerlidir. Torpağı da Azərbaycandır. Yerli meyvəni niyə dollarla satırlar?”x9d
Prodüser Tarix Əliyev (Tolik): “Allah ölkəmizdə insanların yaşayışını düşünən insanları var etsin. Amma hər şeydən istifadə edib, insanların gün-güzəranını pis edənləri Allah cəzalandırsın. Dünən bəzi dükan sahibləri dükanları bağlayıb insanları təlaşa soxmağa çalışdılar. Amma anlamırlar ki, dünyanın ən varlı adamları xa0bir günün içində müflis olurlar. Ey xalqın xa0hesabına marketlər açan və özlərini biznesmen hesab edənlər, o gündən qorxun. Bəzi nazirlərin aqibətinə baxın. Xalqın hissləri ilə oynamayın. Bəyanat verilib, inşallah, süni qiymət artıranlar cəzalandırılacaq”x9d.
Bəstəkar-müğənni Murad Arif: xa0“Market rəhbərləri məhsulları yığışdırır ki, sonradan baha satsın. Əslində onlar bunu etməsəydi, kasıblamazdılar, əksinə savab qazanardılar... Həyatda hər şey pul deyil axı. Mən 80-ci illərin uşağıyam. Mən bu boş rəfləri çox görmüşəm. Talonla yağ, qənd, çörək almışam. Cırıq ayaqqabıları, dəfələrlə yırtığı tikilmiş gödəkcələri, şalvarları, ala bilmədiyimiz üçün anamın toxuduğu paltarları geyinmişəm. Mən növbələr çox görmüşəm. Bizim müəllim ailəmiz 90-cı illərdən ehtiyacın nə olduğunu yaxşı bilir. Eyni həyatı yenidən xatırlamaq istəməzdim. Əziz xalqım, bu çətin günlərdə səbrini və şəfqətini itirmə. Bir-birinizə qənim kəsilməyin! İnsanlığı unutmayın.. Bundan da çətin olub. Qonşunuzun ehtiyacına göz yummayın, paylaşın! Bir olun ki, millətin ruhu sınmasın. Və hər zaman şükür edin”x9d.
Müğənni Elvin Abdullayev: “Bu gün səslənən bütün dualara “amin”x9d deyirəm. Allah heç kəsi əlacsız qoymasın, insanları bir-birinə möhtac etməsin, inşallah. Mən inanıram ki, hər şey öz yoluna düşəcək. Dostlar, bir şeydə var. Hər gün bədbin , neqativ fikirlərə dalmayın. Hər şeyə müsbət və pozitiv yanaşın ki, Allah hər işinizi yaxşılığa doğru yönəltsin. Zamanla hər şeyin çox yaxşı olacağına inanıram. Hər bir ailəyə, gözəl günlər ruzulu günlər arzu edirəm. Biz bu vətənin övladlarıyıq. Torpağımız, canımız, qanımız da eynidir”x9d.xa0










































































































