"Fransa ilə əlaqələri kəsməliyik" - Fəzail Ağamalı  

Hazırda oxunan: "Fransa ilə əlaqələri kəsməliyik" - Fəzail Ağamalı  
99224
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Biz Fransa ilə bütün əlaqələri kəsməliyik".  

Bizim.Media xəbər verir ki, bunu deputat Fəzail Ağamalı Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.  

“Fransa Ermənistanı tolerant dövlət adlandırır. Ermənistan necə tolerant ölkədir ki, orada başqa etnos yaşamır? Ermənistan necə sülhsevər ölkədir ki, Azərbaycanın torpaqlarını 30 il işğalda saxlayıb.  
Utanmadan söyləyir ki, Azərbaycan guya Qarabağ torpaqlarını işğal edib. Makron çoxdan Fransanın dəyərlərini, mənəviyyatını Ermənistana satıb. Biz Fransa ilə bütün əlaqələri kəsməliyik. Biz onlarla diplomatik əlaqələrimizə yenidən baxmalıyıq və gözləyirik ki, Xarici İşlər Nazirliyi bu istiqamətdə ciddi mövqeyini ortaya qoysun”– deyə, deputat bildirib.  

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO