Azərbaycanın iki peyki Qırğızlara xidmət göstərir

Azərbaycanın iki peyki Qırğızlara xidmət göstərir

Hazırda oxunan: Azərbaycanın iki peyki Qırğızlara xidmət göstərir
98741
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Artıq Azərbaycanın iki peyki – “Azersky” və “Azerspace-1” Qırğız tərəfdaşlarımıza xidmətlər göstərir və bu sahədə qarşılıqlı fəaliyyətin gələcək inkişaf yollarını müəyyən etmişik". 

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bişkekdə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimindən sonra mətbuata bəyanatında bildirib. 

"Yarım il bundan əvvəl biz Strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalamışıq ki, bu da münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə çıxarıb. Bu gün məmnunluqla bu Bəyannamənin necə icra olunduğunu qeyd edirik. Çünki yarım il bundan əvvəl müəyyən etdiklərimizin çoxu artıq real siyasət sahəsinə transformasiya olunur.
Biz mədəni-humanitar əməkdaşlıqdan, iqtisadi qarşılıqlı fəaliyyətdən, nəqliyyat sahəsində qarşılıqlı fəaliyyətdən və təhsil sahəsi, yüksək texnologiyalar sahəsi ilə bağlı suallardan başlayaraq geniş məsələlər spektrini ətraflı müzakirə etdik”, - dövlət başçısı qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO