“Hazırkı mərhələdə kiməsə güzəştə getməyi planlaşdırmırıq”x9d

“Hazırkı mərhələdə kiməsə güzəştə getməyi planlaşdırmırıq”x9d

Hazırda oxunan: “Hazırkı mərhələdə kiməsə güzəştə getməyi planlaşdırmırıq”x9d

93000

Müsavat Partiyası qarşıdan gələn parlament seçkilərində iştirak edəcək namizədlərinin kimliyini və onların namizədi olacağı dairələri açıqlayıb. REAL Hərəkatı bir müddət öncə Müsavat Partiyası ilə görüş keçirərək seçki barədə müzakirələr aparmışdı. REAL-ın  İdarə Heyətinin üzvü Erkin Qədirli Moderator.az -a o zaman verdiyi açıqlamasında Müsavat Partiyasının, yaxud da başqa bir qurumun daha şanslı və doğrunu deyən namizədinin olacağı halda REAL-ın ona güzəştə gedəcəyini bildirmişdi. 

Müsavat Partiyası artıq namizədlərinin kimliyini açıqlayıb, REAL Hərəkatı hazırda onlardan hansınasa güzəştə getmək haqda düşünürmü?

Moderator.az -a açıqlama verən REAL hərəkatının İdarə Heyətinin üzvü Erkin Qədirli bildirdi ki, onlar hələ ki, heç kimə güzəştə getmək barədə düşünmürlər:

“Biz hazırladığımız siyahı əsnasında seçkilərdə iştirak edirik, hazırda da namizədlərimizin müəyyən olunmasının son mərhələsindəyik. Bildiyimiz kimi seçki 3 mərhələdən ibarətdir: Namizədlərin müəyyən olunması, təbliğat və iştirak. Hələ ki, biz ilk mərhələdəyik, sonrakı mərhələlərdə isə nələrin olacağını, rəqiblərimizin necə çıxış edəcəyini zaman göstərəcək. Bu mərhələlər keçildikdən sonra biz hansısa dairədə kiməsə güzəşt məsələsini müzakirə edə bilərik. Hazırkı məqamda isə heç kimə güzəşt etməyi planlaşdırmırıq.”x9d

Xəyal Əzizov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO