İlham Əliyev Səudiyyə Ərəbistanı Kral Faysal İslam Araşdırmalar Mərkəzinin sədrini qəbul etdi

İlham Əliyev Səudiyyə Ərəbistanı Kral Faysal İslam Araşdırmalar Mərkəzinin sədrini qəbul etdi

Hazırda oxunan: İlham Əliyev Səudiyyə Ərəbistanı Kral Faysal İslam Araşdırmalar Mərkəzinin sədrini qəbul etdi
79667
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də Səudiyyə Ərəbistanı Kral Faysal İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Şahzadə Türki Al Faysal Al Saudu qəbul edib. 

Bizim.Media xəbər verir ki, söhbət zamanı Türki Al Faysal Al Saudun ötən il ölkəmizə səfəri və dövlət başçısı ilə görüşü məmnunluqla xatırlanıb.

IX Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunulub, bu tədbirdə çox sayda nüfuzlu qonağın iştirak etməsi Foruma olan marağın göstəricisi kimi qiymətləndirilib.

Bu Forumun beynəlxalq səviyyədə artıq qlobal məsələlərin müzakirə olunduğu bir platformaya çevrildiyi bildirilib. Görüşdə Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında dostluq münasibətlərinin uğurla inkişaf etdiyi vurğulanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO