Yamalın atası yenə insident TÖRƏTDİ

Yamalın atası yenə insident TÖRƏTDİ

Hazırda oxunan: Yamalın atası yenə insident TÖRƏTDİ
644830
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Barselona”nın 19 yaşlı futbolçusu Lamin Yamalın atası Munir Nasraui bu dəfə Barselona hava limanında insident törətməkdə ittiham olunur.

Bizim.Media xəbər verir ki, bu haqda “El Español” nəşri məlumat yayıb. Hadisə hava limanındakı kafeteriya zonasında baş verib.
 

Belə ki, Nasraui gödəkçəsini icazə verilməyən yerdə qoyub. Buna görə obyektin əməkdaşlarından biri ona irad bildirib. Bu isə tərəflər arasında mübahisəyə səbəb olub. İddialara görə, Yamalın atası qadının üzünə tüpürüb.


Hadisəyə şahid olan sərnişinlərdən biri qadını müdafiə etməyə çalışıb. Lakin Nasraui onunla da mübahisə edib və stul götürərək həmin şəxsin üzərinə atmağa cəhd göstərib.

Qeyd edək ki, bu, son günlərdə Nasraui ilə bağlı yayılan ikinci qalmaqallı hadisədir. Bundan əvvəl o, Londonda “London Palladium” teatrının yaxınlığında, “Qızıl top” mükafatlandırma mərasimindən sonra baş verən insidentdə iştirak edib.

Həmin vaxt Rusiyanın nümayəndə heyətinin operatorunun telefonu az qala sındırılıb. Hadisə Rusiyanın sabiq millisinin kapitanı Andrey Arşavinin gözü qarşısında baş verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO