Azərbaycan-Ermənistan Birgə Sərhəd Komissiyasının parametrləri razılaşdırıldı

Azərbaycan-Ermənistan Birgə Sərhəd Komissiyasının parametrləri razılaşdırıldı

Hazırda oxunan: Azərbaycan-Ermənistan Birgə Sərhəd Komissiyasının parametrləri razılaşdırıldı
71689
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycan-Ermənistan Birgə Sərhəd Komissiyasının parametrləri barədə ölkələr arasında razılıq əldə edilib”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gürcüstanlı həmkarı İliya Darçiaşvili ilə keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Komissiyanın fəaliyyətə başlaması üçün şərait mövcuddur.

Nazir qeyd edib ki, regionda nəqliyyat-kommunikasiya sistemlərinin açılmasına Azərbaycan töhfə verir.

“Amma vaxt baxımından bəzi məsələlər gözləntilərə uyğun getmir”, - deyə nazir əlavə edib.

O bildirib ki, layihələrin Ermənistan ərazisində davam etdirilməsi İrəvanın mövqeyindən asılıdır.

“Vədlərdən konkret işlərə keçməyin vaxtıdır”, - deyə Ceyhun Bayramov Ermənistanı nəzərdə tutaraq deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO