Prezident: "Ermənilər qəbirləri qazıb ölülərin qızıl dişlərini çıxarırdılar" - VİDEO

Prezident: "Ermənilər qəbirləri qazıb ölülərin qızıl dişlərini çıxarırdılar" - VİDEO

Hazırda oxunan: Prezident: "Ermənilər qəbirləri qazıb ölülərin qızıl dişlərini çıxarırdılar" - VİDEO
636804
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistanın işğalı dövründə Qarabağda yaşayış məntəqələri dağıdılıb, tikinti materialları və hətta qəbir daşları talan edilərək satılıb.

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri və digər dini nümayəndələrdən ibarət heyəti qəbul edərkən bildirib.

Dövlət başçısı Ağdamda işğal dövründə bir binanın belə salamat qalmadığını qeyd edib.

“İşğal dövründə Ağdamda bir dənə də olsun bina qalmamışdı – nə şəhərdə, nə də işğal altında olan kəndlərdə. Bütün binalar sökülmüş, daşları talan edilərək aparılmış və bazarlarda satılmışdı”, – Prezident deyib.

İlham Əliyevin sözlərinə görə, talançılıq qəbiristanlıqlardan da yan keçməyib:

“Sökülən daşları, binaların dam örtüklərini, çərçivələri – hamısını, hətta qəbir daşlarını belə aparmışdılar. Qəbir daşlarının üzərindəki adları silərək onları mərmər və qranit kimi bazarlarda satırdılar. Biz belə misligörünməmiş talançılıqla üzləşmişdik. Hətta qəbirləri qazıb vəfat edənlərin qızıl dişlərini belə çıxarırdılar”.

Prezident bildirib ki, dağıntıların əsas məqsədlərindən biri azərbaycanlıların doğma torpaqlarına qayıdışını mümkünsüz etmək olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO