Bu gün Bakı şəhərinin erməni-daşnak qüvvələrinin işğalından azad edilməsinin 108-ci ildönümüdür.
Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi "X" hesabında məlumat yayıb.
Qeyd edilib ki, 108 il öncə Azərbaycan Korpusunun da yer aldığı Qafqaz İslam Ordusu tərəfindən Bakının azad edilməsi Azərbaycanın dövlətçilik mübarizəsində mühüm dönüş nöqtəsi olub.
"Bu tarixi Qələbə Azərbaycan xalqının müstəqillik və dövlətçilik iradəsini, xalqımızla müttəfiqlərinin birliyini, şücaətini və fədakarlığını nümayiş etdirdi. Bu tarixi Qələbənin əldə olunması uğrunda canlarından keçən bütün qəhrəmanların əziz xatirəsini dərin ehtiram və minnətdarlıqla yad edirik", - deyə məlumatda qeyd edilib.

Bizim.Media

- A-
- A
- A+
Siyasət
09:46 / 15.09.2026
XİN-dən Bakının işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım - FOTO
Hazırda oxunan: XİN-dən Bakının işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım - FOTO
Hazırda oxunan: XİN-dən Bakının işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım - FOTO
636681
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































