Səfirimiz etimadnaməsini Vuçiçə təqdim etdi - FOTO

Səfirimiz etimadnaməsini Vuçiçə təqdim etdi - FOTO

Hazırda oxunan: Səfirimiz etimadnaməsini Vuçiçə təqdim etdi - FOTO
636621
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sentyabrın 14-də Azərbaycanın Serbiyadakı səfiri Tahir Tağızadə etimadnaməsini Serbiya Prezidenti Aleksandar Vuçiçə təqdim edib.

Bizim.Media xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadənin etimadnaməsini qəbul etməsi ilə əlaqədar sosial şəbəkələrdə paylaşım edib.
 

Serbiya Prezidenti səfirin mandatı dövründə də iki ölkə arasındakı strateji və ənənəvi dostluq münasibətlərinin dinamik inkişafının davam edəcəyinə inamını bildirib. A.Vuçiç qeyd edib ki, tərəflərin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı dəstəyi etimadın əsas təməllərindən birini təşkil edir.


Dövlət başçısı vurğulayıb ki, intensiv siyasi dialoq və bütün səviyyələrdə rəsmilərin mütəmadi görüşləri Serbiya ilə Azərbaycan arasındakı yaxın əlaqələrin bariz göstəricisidir. O, Azərbaycan Prezidenti İlham Əliyevin Belqrada son səfəri və səfər çərçivəsində Strateji Tərəfdaşlıq Şurasının ilk iclasının keçirilməsinin ikitərəfli münasibətlərdə yeni səhifə açdığını diqqətə çatdırıb.

Səfirimiz etimadnaməsini Vuçiçə təqdim etdi - FOTO - foto 1
Səfirimiz etimadnaməsini Vuçiçə təqdim etdi - FOTO - foto 2
Səfirimiz etimadnaməsini Vuçiçə təqdim etdi - FOTO - foto 3


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO