Prezidentlər Qırğızıstanda Qolf Klubun açılışında - FOTO/VİDEO

Prezidentlər Qırğızıstanda Qolf Klubun açılışında - FOTO/VİDEO

Hazırda oxunan: Prezidentlər Qırğızıstanda Qolf Klubun açılışında - FOTO/VİDEO
628456
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İyulun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə birlikdə Çolpon-Ata şəhərindəki “Issyk-Kul Golf Resort” kompleksində Qolf Klubun açılışında iştirak edib.

Bizim.Media xəbər verir ki, əvvəlcə “Issyk-Kul Golf Resort” kompleksi və Qolf Klub barədə videoçarx nümayiş olundu.

Qolf Klub İssık-Kul gölünün sahilində “Issyk-Kul Golf Resort” çoxfunksiyalı turizm kompleksinin ərazisində yerləşir. Bu kompleksin ümumi sahəsi 120 hektardır. Bunun da 103 hektarı Qolf Klubun payına düşür.
 

Bu layihənin icrası yalnız yay aylarında deyil, digər fəsillərdə də İssık-Kula turist axınını cəlb etmək üçün böyük rol oynayacaq. Belə ki, burada ilin 10 ayında qolf oynama üçün meydança qurulub. Zəruri infrastrukturun yaradıldığı Qolf Klubun ərazisində 80 yerlik mehmanxana da qonaqların ixtiyarına veriləcək. Burada qolf akademiyasının yaradılması və müxtəlif səviyyəli qolf turnirlərinin keçirilməsi nəzərdə tutulur.


Turizm, idman, sağlamlıq və əyləncə meyarlarını özündə birləşdirən “Issyk-Kul Golf Resort” kompleksində Qolf Klubla yanaşı, ümumilikdə dörd və beşulduzlu bir neçə hotel, restoranlar, çimərlik sahələri olacaq.

Qırğızıstan Qolf Federasiyasının prezidenti Xomeni Erqeşov çıxış edərək dövlət başçılarını salamladı. Sonra Qırğızıstan Prezidenti Sadır Japarov çıxış etdi.

Daha sonra dövlət başçıları “Issyk-Kul Golf Resort” kompleksinin ərazisini gəzdilər, burada qolf oyununun rəmzi başlama mərasimində iştirak etdilər.



Prezidentlər Qırğızıstanda Qolf Klubun açılışında - FOTO/VİDEO - foto 1
Prezidentlər Qırğızıstanda Qolf Klubun açılışında - FOTO/VİDEO - foto 2
Prezidentlər Qırğızıstanda Qolf Klubun açılışında - FOTO/VİDEO - foto 3
Prezidentlər Qırğızıstanda Qolf Klubun açılışında - FOTO/VİDEO - foto 4
Prezidentlər Qırğızıstanda Qolf Klubun açılışında - FOTO/VİDEO - foto 5
Prezidentlər Qırğızıstanda Qolf Klubun açılışında - FOTO/VİDEO - foto 6
Prezidentlər Qırğızıstanda Qolf Klubun açılışında - FOTO/VİDEO - foto 7
Prezidentlər Qırğızıstanda Qolf Klubun açılışında - FOTO/VİDEO - foto 8
Prezidentlər Qırğızıstanda Qolf Klubun açılışında - FOTO/VİDEO - foto 9
Prezidentlər Qırğızıstanda Qolf Klubun açılışında - FOTO/VİDEO - foto 10
Prezidentlər Qırğızıstanda Qolf Klubun açılışında - FOTO/VİDEO - foto 11
Prezidentlər Qırğızıstanda Qolf Klubun açılışında - FOTO/VİDEO - foto 12
Prezidentlər Qırğızıstanda Qolf Klubun açılışında - FOTO/VİDEO - foto 13
Prezidentlər Qırğızıstanda Qolf Klubun açılışında - FOTO/VİDEO - foto 14
Prezidentlər Qırğızıstanda Qolf Klubun açılışında - FOTO/VİDEO - foto 15
Prezidentlər Qırğızıstanda Qolf Klubun açılışında - FOTO/VİDEO - foto 16
Prezidentlər Qırğızıstanda Qolf Klubun açılışında - FOTO/VİDEO - foto 17
Prezidentlər Qırğızıstanda Qolf Klubun açılışında - FOTO/VİDEO - foto 18
Prezidentlər Qırğızıstanda Qolf Klubun açılışında - FOTO/VİDEO - foto 19


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO