"Bütün məsələlər tam həll olundu" — Rəsmi Moskvadan AZAL təyyarəsi ilə bağlı açıqlama

"Bütün məsələlər tam həll olundu" — Rəsmi Moskvadan AZAL təyyarəsi ilə bağlı açıqlama

Hazırda oxunan: "Bütün məsələlər tam həll olundu" — Rəsmi Moskvadan AZAL təyyarəsi ilə bağlı açıqlama
625884
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Moskvada keçirilən ikitərəfli görüş çərçivəsində Azərbaycan və Rusiya xarici işlər nazirləri mətbuat üçün giriş bəyanatları ilə çıxış ediblər.

Bizim.Media xəbər verir ki, görüş zamanı tərəflər həm iqtisadi-humanitar əməkdaşlığı, həm də iki ölkə arasında həlli gözlənilən həssas mövzuları müzakirə ediblər.

Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov qlobal iqtisadiyyatdakı çətinliklərə baxmayaraq, iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin müsbət dinamika ilə inkişaf etdiyini, eyni zamanda humanitar sahədəki əməkdaşlığın ənənəvi olaraq yüksək səviyyədə qaldığını vurğulayıb.
 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə vaxtaşırı yaranan çətinliklərə rəğmən, tərəflərin strateji tərəfdaşlıq potensialını tam şəkildə reallaşdırmaq istiqamətində irəlilədiyini bildirib.


Lavrov həmçinin xüsusi olaraq qeyd edib ki, tərəflər hər iki dövlətin ortaq faciəsi olan AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı bütün məsələləri tam şəkildə yoluna qoyublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO