Azərbaycan Türkiyədən 20 ədəd "KAAN" qırıcıları alacaq - FOTO/VİDEO

Azərbaycan Türkiyədən 20 ədəd "KAAN" qırıcıları alacaq - FOTO/VİDEO

Hazırda oxunan: Azərbaycan Türkiyədən 20 ədəd "KAAN" qırıcıları alacaq - FOTO/VİDEO

617738

Türkiyənin Müdafiə Sənayesi Baş İdarəsi (SSB) ilə "TUSAŞ" (Türk Havacılık ve Uzay Sanayii) şirkəti arasında 5-ci nəsil milli döyüş təyyarəsi "KAAN"ın tədarükünə dair mühüm müqavilə imzalanıb. Müqaviləyə əsasən, şirkət Türkiyə Hərbi Hava Qüvvələrinə ilk mərhələdə 20 ədəd "KAAN" qırıcısı çatdıracaq. Bu, Türkiyə milli hərbi sənayesi tərəfindən hazırlanan 5-ci nəsil qırıcıların seriyalı istehsalına dair imzalanmış ilk rəsmi müqavilədir.

Bizim.Media Türkiyə KİV-nə istinadən xəbər verir ki, yerli hərbi sənaye sahəsində ixtisaslaşmış "Turkish Century" ("X" sosial şəbəkəsi) platformasının yaydığı məlumata görə, 2035-ci ilə qədər Türkiyə də daxil olmaqla ümumilikdə 9 ölkə "KAAN" qırıcılarını öz silahlanmasına daxil etməyi planlaşdırır.

Mənbə xarici ölkələrin bu qırıcılara olan marağını və sifariş siyahısını bu şəkildə təqdim edib:

Türkiyə: Ümumilikdə 100 ədəd qırıcı sifariş etməyə hazırlaşır (ilk 20 ədədlik partiyanın müqaviləsi imzalanıb);

Səudiyyə Ərəbistanı: 100 ədəd təyyarə almaq niyyətindədir, hazırda danışıqlar davam edir;

İspaniya: Təxminən 60 ədəd "KAAN" almaqda maraqlıdır;

İndoneziya: 48 ədəd qırıcının sifarişi üçün niyyət məktubu imzalayıb;

Pakistan: 40-dan çox qırıcı almağa hazırdır, ilkin razılaşma əldə olunub;

Qətər: 40 ədəd təyyarə sifariş edə bilər, danışıqlar aparılır;

Misir: 24 ədəd qırıcı almaq istəyini ifadə edib, ilkin müzakirələr baş tutub;

Azərbaycan, Malayziya və Suriya: Hər biri təxminən 20 ədəd "KAAN" qırıcısı almaq niyyətindədir.
 

Hərbi ekspertlərin fikrincə, layihənin qarşısında duran ən ciddi çətinliklərdən biri Türkiyənin sıfırdan qırıcı təyyarə istehsalı sahəsində böyük təcrübəsinin olmaması və xüsusilə yerli reaktiv mühərrikin hazırlanması prosesidir. Mütəxəssislər qeyd edirlər ki, yeni nəsil reaktiv mühərrikin tamamilə sıfırdan və müstəqil şəkildə hazırlanması təxminən 30 il vaxt tələb edə bilər.


Məhz bu səbəbdən, ilk mərhələdə istehsal olunacaq türk qırıcılarına idxal mühərriklərin (ABŞ istehsalı olan "General Electric F110") quraşdırılması, paralel olaraq isə yerli mühərrikin hazırlanması prosesinin sürətləndirilməsi planlaşdırılır.
 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO