"Bakı şəhərini yeni Hyustona çeviririk" - bp şirkətinin regional prezidenti

"Bakı şəhərini yeni Hyustona çeviririk" - bp şirkətinin regional prezidenti

Hazırda oxunan: "Bakı şəhərini yeni Hyustona çeviririk" - bp şirkətinin regional prezidenti
616672
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan onilliklər boyu da həqiqətən dünya səviyyəli enerji mərkəzi ola bilər.

Bizim.Media xəbər verir ki, bunu bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli 31-ci Bakı Enerji Forumunda bildirib.

O bildirib ki, Xəzər dənizi hövzəsi dünyanın ən böyük karbohidrogen regionlarından biridir:
 

"Burada dünya səviyyəli infrastrukturumuz var: dənizdəki qurğular, buruq platformaları, Səngəçal terminalı və Qərbdəki bazarlara ixrac marşrutlarımızı həqiqətən diversifikasiya edə bilən boru kəməri sistemi. Bu infrastruktur 99 % etibarlılıqla müstəsna şəkildə işləyir, bu sənayedə ən yüksək göstəricidir. Ölkə rəhbərliyinin sayəsində burada həqiqətən biznes üçün əlverişli mühit var. Bu möhtəşəm forumda olmaq ölkənin biznes və investisiyaları yenidən cəlb etməsinin bir nümunəsidir".


Onun sözlərinə görə, Azərbaycanda heyrətamiz insan kapitalı mövcuddur:

"Bizim şirkət nöqteyi-nəzərdən, biz getdikcə Bakını yeni Hyustona və ya yeni Aberdinə çeviririk. Qazma, yeraltı, kommersiya və ya üst hissə mühəndisliyi sahəsindəki mütəxəssislərimiz təkcə buradakı biznesə deyil, həm də şirkət daxilində həm hasilat, həm də emal sahəsində bir çox bizneslərə dəstək verir". (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO