“Qarabağ” Britaniya səfirinə cavab verdi - FOTO

“Qarabağ” Britaniya səfirinə cavab verdi - FOTO

Hazırda oxunan: “Qarabağ” Britaniya səfirinə cavab verdi - FOTO

610725

“Qarabağ” Britaniyanın Azərbaycandakı səfiri Fergus Auldun və səfirlik əməkdaşlarının komandaya üzv kimi qəbul edilməsi təklifinə zarafatla cavab verib.

“Böyük məmnuniyyətlə! Qapılarımız üzünüzə açıqdır. İstədiyiniz zaman gəlin, müqavilə şərtlərini razılaşdıraq. Bizim üçün şərəf olar”, - deyə Ağdam klubunun “Twitter” hesabında qeyd olunub.

Daha əvvəl Fergus Auld sosial şəbəkə hesabında səfirliyin əməkdaşlarının futbol oyununun fotolarını paylaşıb və yazıb:

“Bu gün səfirliyin əməkdaşları ilə futbol oynadıq. Həm işdən ayrılan əməkdaşlarımızla sağollaşdıq, həm də həyatımıza idman qatdıq. “Qarabag” Futbol Klubu, bizi üzv kimi qəbul edərsiniz?”

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO