"Bunu evdən öyrənib efirə gəlin" - Könül Kərimovadan irad

"Bunu evdən öyrənib efirə gəlin" - Könül Kərimovadan irad

Hazırda oxunan: "Bunu evdən öyrənib efirə gəlin" - Könül Kərimovadan irad
628476
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Əməkdar artist Könül Kərimova gənc ifaçıların yaşlı sənətkarlara münasibətini tənqid edib.

Bizim.Media xəbər verir ki, müğənni bu barədə "Günorta efirdəyik" verilişində danışıb:

"Bir az böyük-kiçik bilin. Böyükləri görəndə necə, hansı tonda danışmaq lazım olduğunu öyrənin. Bunu evdən öyrənib efirə gəlin. Hər kəs öz yaşıdları ilə uyğunlaşıb danışmalıdır.
 

Dünən çıxan gənclər neçə ilin sənətkarına dil uzatmağa, yersiz söz deməyə başlayırlar. Bu, düzgün deyil. Ümumiyyətlə, hər şey insanın ailədən aldığı tərbiyədən irəli gəlir. Ona görə də çox heyif. Biz belə görməmişik, belə öyrənməmişik.


Olub ki, hansısa sözə görə incimişəm, içimdə küskünlük olub. Amma böyüklərimiz, ustadlarımız qarşıma çıxanda bunu heç vaxt hiss etdirməmişəm. Görmüşəm ki, uzaqdan gəlirlər, onlar yanıma çatana qədər ayağa qalxıb gözləmişəm". (axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO