Mina partlayışında ölən qardaşının EVİNİ YANDIRDI

Mina partlayışında ölən qardaşının EVİNİ YANDIRDI

Hazırda oxunan: Mina partlayışında ölən qardaşının EVİNİ YANDIRDI
628448
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Tərtərdə kişi qardaşı arvadının evini yandırıb.

Bizim.Media “lent.az”a istinadla xəbər verir ki, hadisə rayonun Şıxarx kəndində qeydə alınıb.

İttiham aktına görə, 40 yaşlı İsa Məmmədov (şərti adla) qardaşı arvadı ona həmin evdə yaşamağa icazə vermədiyi üçün qisas almaq istəyib. Bunun üçün səhər tezdən spirtli içkinin təsiri altında yarım litr benzini evin bir otağına və damına tökərək yandırıb. Nəticədə ev sahibinə 10 min manat ziyan dəyib.
 

Hadisə ilə əlaqədar İsa Məmmədov saxlanılıb və barəsində cinayət işi açılıb. Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, qardaşı 2021-ci ildə Tərtərin Talış kəndində minaya düşərək həlak olub. Özü isə 2 il əvvəl həbsdən buraxılıb və evi olmadığı üçün küçələrdə yaşayıb.


Qardaşı arvadı evdə yaşamasına icazə vermədiyi üçün məlum əməli törədib. Onun sözlərinə görə, həmin ev valideynlərinə verildiyi üçün özünün də yaşamaq hüququ var.

Zərərçəkmiş şəxs isə ifadəsində İsanın həmin evdə yaşamaq hüququ olmadığını və qaynının illər əvvəl də yaşadıqları evi yandırdığını deyib. O, həmçinin təqsirləndirilən şəxslə barışdığını, ona dəyən ziyanın ödənildiyini, İsaya qarşı şikayət və tələbinin olmadığını bildirib.

Məhkəmənin qərarı ilə İsa Məmmədov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Lakin onun cəzası 2 il sınaq müddəti olmaqla şərti hesab edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO