Azərbaycanda hansı avtomobillər daha çox satılır?

Azərbaycanda hansı avtomobillər daha çox satılır?

Hazırda oxunan: Azərbaycanda hansı avtomobillər daha çox satılır?
628470
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda avtomobil bazarında ən çox satılan və alıcıların üstünlük verdiyi markalar sırasında “Toyota”, “Çanqan”, BYD, “Şevrolet”, “Hunday” və “Kia” ilk sıralarda yer alır.

Bizim.Media xəbər verir ki, bunu “bakupost.az”a Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyev bildirib.

Onun sözlərinə görə, bu markalara marağın yüksək olmasının müxtəlif səbəbləri var:

“İlk sıralarda "Toyota”, “Çanqan”, BYD, “Şevrolet”, “Hunday” və “Kia” yer alır. “Toyota” yapon keyfiyyəti və etibarlılığı ilə seçilir. “Hunday” və “Kia” isə uzun illərdir Azərbaycan bazarında möhkəmlənib. Bu markaların servis xidməti genişdir, ehtiyat hissələrini tapmaq asandır və ustalar onları yaxşı tanıyırlar. “Şevrolet” markası isə illərdir bazarda olduğu üçün onu da ustalar yaxşı tanıyır. BYD və “Çanqan”a isə əsasən qiymət amilinə görə üstünlük verilir”.

E.Əliyev qeyd edib ki, ümumilikdə alıcıların seçimində əsas rol oynayan amillər qiymət, keyfiyyət, avtomobilin dözümlülüyü, ehtiyat hissələrinin əlçatanlığı və servis xidmətlərinin geniş olmasıdır.

Bu amillər səbəbindən sözügedən markalar son dövrdə həm satışda, həm də ölkəyə idxal olunan avtomobillər arasında lider mövqelərini qoruyurlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO