Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə regiondakı vəziyyəti müzakirə etdi

Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə regiondakı vəziyyəti müzakirə etdi

Hazırda oxunan: Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə regiondakı vəziyyəti müzakirə etdi
599161
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün xarici işlər naziri Ceyhun Bayramov ilə qazaxıstanlı həmkarı Yermek Koşerbayev arasında telefon danışığı aparılıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı regionda hərbi eskalasiya və artan gərginlik müzakirə olunub. 

Nazirlər son hərbi eskalasiyadan dərin narahatlıqlarını ifadə edib, vəziyyətin daha da kəskinləşməsinin regional təhlükəsizlik və sabitliyə ciddi təhdid yaratdığını vurğulayıblar. 
 

Tərəflər iki ölkənin bölgədə yerləşən diplomatik missiyalarındakı konsulluq bölmələri arasında əməkdaşlığın gücləndirilməsinin, vətəndaşlarımıza göstərilən dəstək istiqamətində əlaqələndirilmiş işin təşkilinin faydalı olacağını bildiriblər. 


Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO