Gələn həftə YAP-ın qurultayı KEÇİRİLƏCƏK – ÖZƏL

Gələn həftə YAP-ın qurultayı KEÇİRİLƏCƏK – ÖZƏL

Hazırda oxunan: Gələn həftə YAP-ın qurultayı KEÇİRİLƏCƏK – ÖZƏL
598595
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gələn həftə Yeni Azərbaycan Partiyasının qurultayı keçiriləcək. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə, qurultayda əsasən təşkilati məsələlərə baxılacaq.
 

Qeyd edək ki, YAP-ın sədr müvini və Aparat rəhbəri Tahir Budaqov Dövlət başçısının 9 fevral 2026-cı il tarixli sərəncamı ilə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Bundan əlavə, barəsində cinayət işi açılmış Ramiz Mehdiyevin də YAP-dan xaric ediləcəyi iddia olunur. 


Məsələ ilə bağlı YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, qurultayla bağlı qərar qəbul edildikdən sonra ictimaiyyətə açıqlama veriləcək.

Məlumat üçün bildirək ki, YAP-ın sonuncu qurultayı 2021-ci ilin martın 5-də keçirilib.

Nizamnaməyə əsasən, partiyanın qurultayı 5 ildən bir keçirilir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO