Almaniyada Xankəndi yolunda ekoloji terrora etiraz edənlərə dəstək aksiyası keçirilib - FOTO

Almaniyada Xankəndi yolunda ekoloji terrora etiraz edənlərə dəstək aksiyası keçirilib - FOTO

Hazırda oxunan: Almaniyada Xankəndi yolunda ekoloji terrora etiraz edənlərə dəstək aksiyası keçirilib - FOTO

580366
Almaniyanın Köln şəhərində Ermənistanın ekoloji terroruna etiraz və ətraf mühitin qorunması tələbləri ilə Xankəndi-Laçın yolunda aksiya keçirən ekoloji fəallara dəstək məqsədilə piket keçirilib.
 
Moderator.az xəbər verir ki, aksiya Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə Köln Kafedralının qarşısında baş tutub.
 
Soydaşlarımız Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz edib, yerli ictimaiyyətin diqqətini Ermənistanın Azərbaycan ərazisində törətdiyi ekoloji terrora cəlb ediblər.
 
Aksiyada ingilis və alman dillərində “Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarına son qoyulsun!”, “Ermənistanın ekoloji terrorunu dayandırın!”, “Erməni separatçılarının qeyri-qanuni fəaliyyətinə son qoyulsun!”, “Laçın yolundan hərbi məqsədlərlə istifadəyə son qoyulmasını tələb edirik”, “Laçın-Şuşa-Xankəndi yolu Azərbaycanın suveren ərazisidir” və digər şüarlar səsləndirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO