Qənirə Paşayeva Hindistan Parlamentiniin baş katibi ilə görüşüb- FOTO

Qənirə Paşayeva Hindistan Parlamentiniin baş katibi ilə görüşüb- FOTO

Hazırda oxunan: Qənirə Paşayeva Hindistan Parlamentiniin baş katibi ilə görüşüb- FOTO
56817
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Moderator.az xəbər verir ki, bir neçə gün öncə millət vəkili Qənirə Paşayeva Hindistana səfiri çərçivəsində bu ölkə parlamentinin spikeri ilə görüşüb:

 Hindistana səfəri çərçivəsində Hindistan Parlamentinin  baş katibi U.S.Saxena ilə görüşən millət vəkili,Azərbaycan-Hindistan Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva  Azərbaycanla Hindistan arasıda qədim zamanlardan başlayan tarixi münasibətləri xüsusi vurğulayaraq  Azərbaycan, ölkəmizin keçdiyi yol, əldə etdiyi uğurlar, Qarabağ münaqişəsi barədə də danışıb. Parlamentdə Azərbaycanın ön cəbhə bölgələrindən birini təmsil etdiyini deyən millət vəkili Qənirə Paşayeva Ermənistanın 20 ildir işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməməsi səbəbindən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün hələ də öz evlərinə dönə bilməməsi və onların çəkdikləri özəlliklə mənəvi əziyyətləri xüsusi vurğulayıb.  Azərbaycanın Hindistanla əməkdaşlığa böyük önəm verdiyini vurğulayan millət vəkili Qənirə Paşayeva  Azərbaycan  Parlamentində Azərbaycan-Hindistan Parlamentlərarası Dosluq Qrupunun fəaliyyətindən və parlamentlərarası  əməkdaşlığın daha da genişlənməsinin əhəmiyyətindən də danışıb.  Millət vəkili, Azərbaycan-Hindistan Parlamentlərarası  Dostluq Qrupunun üzvü Qənirə Paşayevanı Hindistanda görməkdən çox məmun olduğunu deyən Hindistan Parlamentinin  baş katibi U.S.Saxena Hindistanın və Hindistan Parlamentinin  Azərbaycanla əməkdaşlığın və əlaqələrin daha da inkişafında maraqlı olduqlarını və bütün istiqamətlərdə bunun üçün böyük potensial olduğunu deyib və səylərin artırılmasının vacibliyinə toxunub. Hindistanda yeni seçkilərin keçirildiyini və parlamentin yeni formalaşdığını deyən U.S.Saxena Azərbaycanla Parlamentlərarası Dostluq Qrupunun da formalaşmağa başladığını və qrup tam formalaşdıqdan sonra Azərbaycan Parlamenti ilə əlaqə və əməkdaşlığın daha da inkişaf edəcəyinə inandığını deyib. Millət vəkilinin Azərbaycan-Hindistan münasibətlərinin tarixi kökləri ilə bağlı söylədiyi faktların onun üçün çox maraqlı olduğunu bildirən U.S.Saxena bütün istiqaətdə əməkdaşlığın inkişafı üçün böyük potensial olduğunu deyib və düşüncələrini bölüşüb. Azərbaycan və ölkəmizin inkişaf göstəriciləri ilə bağlı Hindistan Parlamentinin  baş katibi U.S.Saxenanı maraqlandıran sualları da  cavablandıran millət vəkili Qənirə Paşayeva ona Azərbaycan tarixi,mədəniyyəti, Qarabağ, Xocalı Soyqırımı həqiqətlri ilə bağlı materiallar, kitablar və Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyələr təqdim edib. Millət vəkili Qənirə Paşayeva U.S. Saxenaya rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən hazırlanan “Azərbaycan həqiqətləri” filmləri kataloğunu da təqdim edib və sizi  hər zaman Azərbaycanda görməkdən məmun olarıq deyib.  

 Görüşdə iştirak edən Azərbaycanın Hindistandakı fövqaladə və səlahiyyətli səfiri İbrahim Hacıyev  də  Azərbaycan Hindistan münasibətlərinin inkişafına toxunaraq bu münasibətlərin daha da inkişaf  üçün böyük potensial olduğunu və əməkdaşlığın gələcəyə doğru daha da genişlənəcəyin deyib və geniş  fikir mübadiləsi aparılıb.

Qənirə Paşayeva Hindistan Parlamentiniin baş katibi ilə görüşüb- <i style=FOTO" src="//moderator.az/fotobaza/original/2258.jpg">Qənirə Paşayeva Hindistan Parlamentiniin baş katibi ilə görüşüb- <i style=FOTO" src="//moderator.az/fotobaza/original/2259.jpg">Qənirə Paşayeva Hindistan Parlamentiniin baş katibi ilə görüşüb- <i style=FOTO" src="//moderator.az/fotobaza/original/2260.jpg">Qənirə Paşayeva Hindistan Parlamentiniin baş katibi ilə görüşüb- <i style=FOTO" src="//moderator.az/fotobaza/original/2261.jpg">
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO