Sahibə Qafarova monteneqrolu həmkarı ilə görüşdü - FOTO

Hazırda oxunan: Sahibə Qafarova monteneqrolu həmkarı ilə görüşdü - FOTO

55838

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Monteneqro parlamentinin sədri Aleksa Beçiçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisdən Bizim.Media-ya verilən məlumata görə, spiker Azərbaycanla Monteneqro arasında əlaqələrin uğurla inkişaf etdiyini söyləyib.

O, hazırda siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığın inkişaf etdiyini də vurğulayıb.

"Ölkə prezidentlərinin qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar əlaqələrimizə impuls verib. Dövlətlərimiz arasında imzalanmış sənədlər münasibətlərimizin hüquqi bazasını təşkil edir", - deyə S.Qafarova deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycana ilk dəfə gələn monteneqrolu spiker: “Çox məmnunam”


Rəsmi səfərə dəvətə görə minnətdarlığını bildirən Monteneqro parlamentinin sədri Aleksa Beçiç Azərbaycana səfərindən məmnun qaldığını söyləyib. Qeyd edilib ki, Monteneqro ölkəmizlə əməkdaşlığı genişləndirmək niyyətindədir. Qonaq əmin olduğunu bildirib ki, səfər çərçivəsində keçiriləcək görüşlər zamanı aparılacaq danışıqlar münasibətlərimizin dərinləşməsinə öz müsbət təsirini göstərəcək. O, bütün sahələr üzrə əməkdaşlığın daha da gücləndirilməsi üçün yaxşı imkanlar olduğunu söyləyib.

Monteneqro parlamentinin rəhbəri ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini vurğulayıb. 

Görüşdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, deputatların beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlığı və dəstəyin davam etdirilməsinin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO