Ukraynada etnik xalqlar ölkənin parçalanmasına qarşı ayağa qalxdılar

Ukraynada etnik xalqlar ölkənin parçalanmasına qarşı ayağa qalxdılar

Hazırda oxunan: Ukraynada etnik xalqlar ölkənin parçalanmasına qarşı ayağa qalxdılar

44738
Ukrayna Millətlər Assambleyasında (UMA) birləşən təşkilatlar, o cümlədən Ukrayna Qafqaz Xalqları Konqresi (UQXK) “Sənin üçün” Ümumukrayna Xeyriyyə Fondu ilə birgə “Ukrayna müxtəlifdir ”“ Ukrayna vahiddir” mövzusunda toplantı keçirib. Toplantının yekunlarına dair yerli hakimiyyətə, beynəlxalq təşkilatlara və ölkənin regionlarına müraciət ünvanlanıb.

UMA-dan verilən məlumata görə, məqsəd Ukraynada yaranmış durumla bağlı ictimai rəyin, dövlətin möhkəmlənməsi və inkişafında milliyyətindən asılı olmayaraq etnosların rolunun qabardılması olub.

Müraciətdə bildirilir: “Biz, Ukrayna ərazisində yaşayan və müxtəlif millətləri və etnik qrupları təmsil edən ictimai təşkilatların rəhbərləri və üzvləri ölkədə baş verən hadisələrdən kənarda qala bilmərik. Ukrayna hakimiyyətinin bütün qollarına, ölkənin şərqinin və qərbinin, şimalının və cənubunun nümayəndələrinə müraciət edərək bildiririk:

Biz öz gələcəyimizi və uşaqlarımızın gələcəyini vahid unitar Ukrayna ilə bağlayırıq;
- Ukraynanın 23 illik müstəqilliyi dövründə heç bir dil və dini problem yaşamadıq;
- Ukrayna 140-a yaxın etnik qrup üçün olub, var və ümid edirik ki, sülh və tolerantlıq ölkəsi olaraq qalacaq;
- Müxtəlif etnik mənsubiyyətinə baxmayaraq bizi ümumi tarix, mədəniyyət və dəyərlər sistemi birləşdirir;

Bundan irəli gələrək biz milli zəmində bütün spekulyasiyaları dayandırmağı xahiş edirik və ölkədə vəziyyətin stabilləşməsi üçün maksimum səyləri göstərməyi xahiş edirik. Öz tərəfimizdən biz digər beynəlxalq humanitar təşkilatlarla birgə vahid unitar Ukraynada sülh və tolerantlığın qorunması üçün bütün mümkün olanları etməyə hazırıq”.

Qeyd edək ki, UMA-nın prezidenti azərbaycanlı iş adamı, Birləşmiş Ukrayna Azərbaycanlıları konqresinin sədri Rövşən Tağıyevdir, UQXK ”“ nin sədri isə Azərbaycanın Dubaydakı keçmiş vitse-konsulu Paşa Məmmədovdur (İlisuyiski).
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO