Norveç qayıdacaq!

Norveç qayıdacaq!

Hazırda oxunan: Norveç qayıdacaq!

247880

Bakıda Norveç səfirliyinin bağlanması Azərbaycan üçün heç bir xoşagəlməz vəziyyət yarada bilməz. Əslində bir ölkənin başqa bir ölkədə səfirliyinin bağlanması bir çox hallarda baş verə bilər. Ancaq ən pis hallar diplomatik əlaqələrin kəsilməsi və ya müharibə ehtimalıdır. Ona görə də diplomatik əlaqələrin səviyyəsinin aşağı endirilməsindən faciə düzəltməyə dəyməz.

Hələ ki, səfirlik öz fəaliyyətini konsulluq olaraq davam etdirəcək. Lakin gələcəkdə konsulluğunda fəaliyyətini dayandırması fikrimcə istisna deyil. Əslində Norveçin həmişə ölkəmizlə əlaqələri yüksək səviyyədə olub. Doğrudur, bizim Norveç dövlətinə o qədər də ciddi marağamız olmayıb, ancaq Azərbaycan müstəqillik qazandığı ilk gündən bu yana onların Bakı neftinə marağı yüksək olub. Hətta Norveçin dövlət neft şirkəti 20 sentyabr 1994-cü ildə bağlanan Əsrin müqaviləsində iştirak edib. Növbəti illərdə də birgə həm iqtisadi, həm də mədəni əlaqələr genişləndirilib. Onu da qeyd etmək lazımdır ki, Norveç Qarabağ problemi mövzusunda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ölkədir.

Ancaq eyni zamanda ölkəmizə qarşı ikili standartlarla çıxış edən bir ölkə kimi tanıyırıq Norveçi. Ümumiyyətlə Norveçin Azərbaycanda fəaliyyəti keçdiyimiz illərdə birmənalı olmayıb. Norveçdəki müəyyən mərkəzlər Azərbaycanın daxili işlərinə müdaxilə etmək üçün fürsət axtarırdılar. Norveçin Azərbaycandakı keçmiş səfiri Steynar Gill qeyri hökümət təşkilatlarının fəaliyyəti ilə diplomatiyanı səf salmışdı və anti Azərbaycan qüvvələrinin dəstəyi ilə keçirilən mitinqlərdə yaxından iştirak edirdi. Və bu fəaliyyətin də mütləq ki, mənfi nəticəsi olmalı idi. Ancaq bu nəticə Azərbaycan üçün heç nə dəyişmir. Bizim Norveçdən heç bir iqtisadi, siyasi asılılığımız yoxdur və burda əsas itirən tərəf Norveç rəhbərliyi olacaq.

Azərbaycan bu gün uğurlu xarici siyasət yürüdür, heç bir ölkənin daxili işi qarışmır və Azərbaycanın daxili işlərinə qarışan, anti-azərbaycançılıq fəaliyyəti göstərən hər kəs ən sərt şəkildə cəzalandırılacaq. Azərbaycan bu günə qədər dünyada humanist siyasət yürütmüşdür. Heç bir xalqa, millətə dininə, irqinə, milliyətinə və dövlətinin səhvinə görə təzyiq etməmişdir. Bu günə qədər necə olubsa bundan da sonra Azərbaycanın qapıları Norveç xalqının üzünə hər zaman açıq olacaq.

xa0

Kənan Paşayev

Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti

xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO