
- A-
- A
- A+
Siyasət
10:42 / 13.11.2018
1 dəq oxunma
Bu cavan erməni aqronom Azərbaycan torpağında 115 min nar tingi əkdi...
Hazırda oxunan: Bu cavan erməni aqronom Azərbaycan torpağında 115 min nar tingi əkdi...
247115
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Azərbaycanın işğal altındakı bölgələrindən birində yaşayan erməni Aren Xaçatryan 7 ildir ki, kənd təsərrüfatıyla məşğuldur.xa0
Moderator.az xəbər verir ki, ingilisdilli separatçı erməni nəşrlərinin yazdığına görə, son 3 ildə həmin dığa nar tinglərinin yetişdirilməsinə və alverinə girişib. Birinci il Aren cəmi 1000 ting satıb. İkinci ildə bu rəqəm 5 minə çatıb. İndi isəxa0 Xankəndindəki qondarma separatçı rejimin “ kəndə və kənd təsərrüfatına yardım fondu”nun dəstəyi ilə artıq A.Xaçatryanın satmaq üçün 115 min tingi var.xa0
Qarabağda tinglərin satışı noyabrın sonunda başlanır və aprelədək davam edir.xa0 Gənc erməni bağban torpaqlarımızın daha 3 hektarındaxa0 digər meyvə ağaclarını da yetişdirir: alma, armud, heyva, əncir, şaftalı, ərik, gilas, gilanar və s.xa0xa0
“Bu il biz 35 hektarda günəbaxan, 10 hektarda qarabaşaq(Azərbaycan dilində öyrənməyə və deməyə çətinlik çəkənlərə izah: “qreçka”-S.L.) və 25 hektarda buğda becərmişik. Kənd təsərrüfatının inkişafı üçün əsas olan əlverişli iqlim şəraitidir ki, bu da Qarabağda var” -deyə erməni aqronom böyük ümidlə danışır.xa0
Sultan Laçın
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən





























































































