
- A-
- A
- A+
Siyasət
13:51 / 22.10.2018
3 dəq oxunma
"Ermənistan bütün dünyanın qafasını özünün yalançı ideologiyası ilə doldurub..."
Hazırda oxunan: "Ermənistan bütün dünyanın qafasını özünün yalançı ideologiyası ilə doldurub..."
244518
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
“Biz bu təbliğatımızı gündən-günə genişləndiririk və daha çox dünya insanını bu faciəni tanımağa məcbur edə bilirik”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Jalə Əliyeva oktyabrın 20-də Türkiyənin Kayseri şəhərindən Xocalı parkının və Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılışına münasibət bildirərkən deyib:
"Xocalı faciəsi əsrin ən böyük faciəsidir və bu hadisənin siyasi qiymətinin verilməsi yönündə son 10-15 il ərzində böyük addımlar atılır. Xüsusilə də Heydər Əliyev fondunun təşəbbüsü ilə böyük işlər görülür. Düşünürəm ki, bu günlərdə qardaş Türkiyədə Xocalı parkının və Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılışı əlbəttə ki, bu istiqamətdə görülən əhəmiyyətli işlərdən biridir. Bu gün Xocalı soyqırımını Amerikanın bir çox ştatları tanıyır. Bir çox dünya ölkələrində də Xocalı faciəsini tanıyırlar. Əlbəttə ki, biz nə ediriksə-edək, çox təəssüflər olsun ki, uzun illərdən bəri beynəlmiləlçilik havası altında yatdığımız vaxtlarda, sovet dönəmində və ondan da əvvəlki dövrlərdə Ermənistan hər zaman böyük Ermənistan xülyası ilə yaşayaraq istər Türkiyəyə, istərsə də Azərbaycana qarşı öz gizlin xəbis siyasətini həyata keçirib. Bütün dünyanın qafasını özünün yalançı ideologiyası ilə doldurub. Bir əsrdən artıq bir zamana dayanan bu təbliğatı bir neçə ilin ərzində yarıb keçmək əlbəttə ki, həddindən artıq çətindir.xa0
Burda çox müxtəlif faktlar var. Dini inanclardan başlamış olaraq xristian-müsəlman problemlərini, ikili standartları, Azərbaycana və Türkiyəyə qarşı bir çox ölkələrin qısqancılığını, bölgədə güclü bir Azərbaycan dövlətinin olmasını istəməmək arzusunu deyək. Bütün bunlar əlbəttə ki, var və qarşımızdakı çətinlikləri yara-yara gedirik. Bu işdə Ali Baş Komandanın dönməz iradəsi, qətiyyətli sözü çox əhəmiyyətlidir. Ölkə başçısının dəfələrlə qeyd etdiyi, “dünyada ikinci bir Ermənistan respublikası ola bilməz" fikri əlbəttə ki, bizim hər birimiz üçün yol göstərən, bayraqdar tezisləri səviyyəsini daşıyır. Hər bir azərbaycanlının düşüncəsi təbii ki, yenilməz Azərbaycandır. Biz bu yöndə addımlarımızı atmışıq, atırıq və bundan sonra da atacağıq. Müharibə, qan tökülməsi bizim ən axırıncı istəyimiz və yolumuzdur. Lakin cənab prezidentin də dediyi kimi, bütün çarələr tükənərsə, biz bu yola da baş vurmağa hazırıq, necə ki, üç il bundan əvvəl üç günün içində Lələ təpəyə bayrağımızı sanca bildik.xa0
Xocalı faciəsi bunun bir tərkib hissəsidir. Biz bu təbliğatımızı gündən-günə genişləndiririk və daha çox dünya insanını bu faciəni tanımağa məcbur edə bilirik. Onları dünyada Azərbaycan adında bir ölkənin olduğunu və bu ölkədə bir gecədə minə yaxın insanın həlak edildiyi Xocalı adında bir faciəsinin olduğuna da diqqəti çəkə bilirik. Düşünürəm ki, bu ümumilikdə ölkəmizin xaricdəki siyasətinin uğurudur”.
Qeyd edək ki, oktyabrın 20-də Türkiyənin Kayseri şəhərində Heydər Əliyev Fondunun, Türkiyənin Ərciyəz Universitetinin və Talas Rayon Bələdiyyəsinin birgə təşkilatçılığı ilə “Müasir dünyada dialoq” mövzusunda konfrans keçirilib, Xocalı parkının və Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılışı olub.xa0
Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən
































































































