Fifa prezidentliyinə namizəd olacaq

Fifa prezidentliyinə namizəd olacaq

Hazırda oxunan: Fifa prezidentliyinə namizəd olacaq
646259
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yaponiya Futbol Assosiasiyasının keçmiş prezidenti və hazırkı fəxri prezidenti Kodzo Tasima FİFA prezidenti vəzifəsinə namizədliyini irəli sürmək qərarına gəlib.

Bizim.Media xəbər verir ki, təşkilat rəhbəri vəzifəsi uğrunda seçkilər 2027-ci ilin martında keçiriləcək. İndiyədək bu vəzifəyə yalnız hazırkı prezident Canni İnfantino namizədliyini açıqlamışdı.

Tasima Yaponiya Futbol Assosiasiyasının tam dəstəyini aldıqdan sonra bu qərarı verdiyini bildirib:

“Bu açıqlamanı vermək imkanına görə minnətdaram. Üstəlik, Yaponiya Futbol Assosiasiyasının tam dəstəyinə sahibəm. Söhbət qələbə və ya məğlubiyyətdən getmir.

Məqsədimiz bütün dünyaya Yaponiya futbolunun təməlini təşkil edən dürüstlük, etibarlılıq və prinsipiallıq kimi dəyərləri nümayiş etdirməkdir.

Əminəm ki, məhz bizim hər zaman müdafiə etdiyimiz bu dəyərlər hazırda FİFA üçün vacibdir. Bu prinsipləri dünya futbol ictimaiyyətinə çatdırmaq məqsədilə FİFA prezidentliyinə namizədliyimi irəli sürmək qərarına gəlmişəm”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO