
- A-
- A
- A+
Süni intellekt yeni pandemiyaya səbəb ola bilər - Bill Qeytsdən xəbərdarlıq
“Microsoft”un həmtəsisçisi Bill Qeyts süni intellektin (Aİ) bioloji silahların hazırlanmasında istifadə edilə biləcəyi və nəticələrinin COVID-19 pandemiyasından qat-qat ağır olacaq yeni pandemiyaya yol aça biləcəyi barədə xəbərdarlıq edib.
Bizim.Media xəbər verir ki, Qeyts süni intellektin sürətli inkişafı fonunda bioloji silahlar, koronavirusdan daha ölümcül pandemiya və kritik infrastrukturu iflic edə biləcək kiberhücumlar kimi təhlükələrə diqqət çəkib.
Onun sözlərinə görə, problem təkcə texnologiyanın yaratdığı yeni imkanlarla deyil, həm də onun inkişafına nəzarət etməli olan şəxslərin fəaliyyəti ilə bağlıdır.
Qeyts ABŞ Prezidenti Donald Tramp administrasiyasını mövcud təhlükələri nəzərə almamaqda və onlara qarşı hazırlıqla bağlı beynəlxalq səylərə mane olmaqda ittiham edib.
O, əvvəlki xəbərdarlığından bir aydan bir qədər çox vaxt keçdikdən sonra yenidən bildirib ki, qabaqcıl süni intellekt sistemləri bədniyyətli şəxslərə bioloji silah hazırlamağa və kompüter sistemlərindəki boşluqlardan istifadə etməyə imkan verə bilər.
Qeytsin qiymətləndirməsinə görə, süni intellekt vasitəsilə törədilən bioloji insidentin vuracağı zərər koronavirus pandemiyasının nəticələrini əhəmiyyətli dərəcədə üstələyə bilər.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































