Baş nazir bu nazirliklərə tapşırıqlar verdi – FOTO

Baş nazir bu nazirliklərə tapşırıqlar verdi – FOTO

Hazırda oxunan: Baş nazir bu nazirliklərə tapşırıqlar verdi – FOTO
242433
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Aprelin 4-də İqtisadi Şuranın növbəti iclası keçirilib.

Bu barədə Bizim.Media-ya Nazirlər Kabinetindən məlumat verilib.
 

İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində milli iqtisadiyyatımız üçün vacib olan prioritet məsələlər, o cümlədən, ortamüddətli dövr üzrə dayanıqlı makroiqtisadi və fiskal çərçivənin formalaşdırılması, özəl sektorun inkişafı və özəl investisiyaların artırılması, qeyri-neft ixracının həcminin və ixrac coğrafiyasının genişləndirilməsi və digər aktual məsələlər ətraflı müzakirə olunub.


Gündəlikdə olan makroiqtisadi məsələlər üzrə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümovun təqdimatı dinlənilib.

Təqdim olunan iqtisadi suallara dair İqtisadi Şuranın üzvləri tərəfindən geniş müzakirələr aparılıb.

İclasın yekununda İqtisadi Şura üzvlərinin təklifləri nəzərə alınmaqla qərarlar qəbul olunub, maliyyə və iqtisadiyyat nazirliklərinə müvafiq tapşırıqlar verilib.

Baş nazir bu nazirliklərə tapşırıqlar verdi – FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO