Kredit verilməsi ilə bağlı tələblər dəyişir: Nələri bilmək lazımdır? – Video

Kredit verilməsi ilə bağlı tələblər dəyişir: Nələri bilmək lazımdır? – Video

Hazırda oxunan: Kredit verilməsi ilə bağlı tələblər dəyişir: Nələri bilmək lazımdır? – Video
644842
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Mərkəzi Bankı istehlak kreditinin verilməsi və borclanma şərtlərinə dair tələbləri yeniləyib. Yeni qərara əsasən, istehlak kreditləri üzrə zamin duran şəxsin borcunun onun gəlirinə nisbəti 70%-dən çox ola bilməz. Eyni zamanda borcalanın gəlirləri rəsmi sənədlər və ya dövlət informasiya sistemləri vasitəsilə təsdiqlənə bilərsə, banklar tərəfindən gəlirin davranış modeli əsasında proqnozlaşdırılmasına icazə verilməyəcək.

Bəs, bu tələblərin kredit bazarına təsiri necə olacaq?

Bizim.Media Baku TV-yə istinadla xəbər verir ki, iqtisadçı Rəşad Həsənovun sözlərinə görə, Mərkəzi Bankın yeni tələbləri zaminlərin kreditləşmə prosesinə cəlb olunması imkanlarını məhdudlaşdıracaq.

Onun sözlərinə görə, yeni qərar son üç ildə Azərbaycanda tətbiq edilməyə başlanılan davranışəsaslı kreditləşmə modelinə də təsir göstərəcək.

"Artıq zaminlərin kreditləşmə prosesinə cəlb edilməsinin əhatə dairəsi daralır. İkinci məqam isə davranışəsaslı kreditləşmə ilə bağlıdır. Son üç ildə bu təcrübə Azərbaycanda tətbiq edilməyə başlanılıb. Yeni tələblər həmin kreditləşmə modelindən istifadə imkanlarının məhdudlaşdırılmasına xidmət edir.

Belə ki, gəliri rəsmi mənbələr və məlumatlarla təsdiqlənən şəxslərə istehlak krediti verilərkən banklar artıq onların davranışəsaslı xərclərini və digər göstəricilərini nəzərə almaqla kredit limitini müəyyənləşdirə bilməyəcəklər. Bu isə məhdudlaşdırıcı xarakter daşıyır", - deyə iqtisadçı qeyd edib.

Daha ətraflı videoda:

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO